Ən çox görülən yuxular

Ən çox görülən yuxular
Maraqlı məlumatlar
10.09.2017 72
İnsanların ən çox gördüyü yuxular Psixoloq Ian Wallece tərəfindən belə açıqlanır...
Avstraliyalı Psixoloq Ian Wallece, 30 illik karierasında məsləhətləşənlərinə analiz etdiyi 100 min yuxu içində ən çox rast gəldiyi 10 yuxunu və mənalarını İngilis Daily Mail qəzetinə açıqladı:
1- Qovulmaq: Qaçmağa çalışılan şey adamın özünə aid bir düşüncəsidir və bundan qaçması mümkün deyil. Qovulmaq, üzləşməkdən qorxulan bir vəziyyəti ifadə edər.
2- Diş düşməsi: Dişlər yalnız gülərkən və ya dişləyərkən ortaya çıxar. Diş, özünə inam itkisinə uğranılan bir vəziyyəti təmsil edər.
3- Tualeti tapa bilməmək: Şərh ehtiyacında olub, dilə gətirilə bilməyən mövzuya işarə edər. Tualet ehtiyacı varsa, adam başqalarının ehtiyaclarını özündən qabaqda tutur.
4- Cəmiyyət içində çılpaq qalmaq: İşdə və ya əlaqədə, köməksiz və partlamağa hazır bir halı göstərər.
5- İmtahana hazırlıqsız olmaq: Hər vəzifə üçün tam hazırlanan insanın ən kiçik bir ehtimal üçün belə narahat olmasını göstərər. Narahatlığa səbəb olan başqaları deyil, yuxunu görənin özüdür.
6- Uçmaq: Uzun zamandır yük olan vəziyyətlərdən adamın xilas olaraq quş qədər azadlaşdığını göstərər.
7- Düşmək: İdarəetməni itirmə qorxusunu təmsil edər. Adamı ağırlaşdıran məsuliyyətləri axışına buraxması lazım olduğunu göstərər.
8- Avtomobilin idarəsini itirmək: Xüsusilə iş mövzusunda həyatdakı gedişatı üstünə düşünən adamın şərtlərindəki axsaqlıqları ifadə edər. Ani bir qəza etmək, qaçınılmaz bir müqavilə bağlanacağını və ya ayrılıq olacağını göstərər.
9- Evdə bilinməyən bir otaq kəşf etmək: Yuxuda ev adamı, evin otaqları da adamın xarakter və rəftarlarını simvollaşdırar. Bilinməyən bir otaq isə, şans gətirən bir ehtimal doğulacağını göstərər.
10- Gecikmək: Adam problemləri davamlı təxirə saldığı və başqa işlərlə maraqlandığı üçün bu məşğul olunanlar onu heç bir yerə aparmayacağını ifadə edər.

/Mənbə: Qadınlar.biz/
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!