Sən qatilsən! Anam deyilsən!

Sən qatilsən! Anam deyilsən!
Maraqlı məlumatlar
10.09.2017 52
Bu ağ paltar,ağ divarlar, ağ yataq Sevdanı çox ürkütmüşdü. Fikr­ini dağıtmaq üçün pəncərəyə yaxınlaşdı. Uşaqların səsi gəlirdi.Bu, onun fikrini dağıtmaq yerinə bir azdan yaşayacağı hadisənin üzərində daha çox cəmlənməsinə səbəb olmuşdu. O qədər fikrə getmişdi ki, içəri girən tibb bacısının onun qolundan tutmasını hiss etməmişdi belə. Yalnız tibb bacısı onu səsləyəndə ayıldı fikirdən.
Sevda xanım, Sevda xanım. Gəlin uzanın. Həkim bir azdan gələr.
O, özündən asılı olmadan yatağa uzanmışdı. Bunu həyat yoldaşı istəməmişdi. Amm­a o, artıq dördüncü uşaqla baş edə bilməyəcəyini bilirdi. Həm maddi vəziyətləri də buna imkan vermirdi. Birdən qızları gəldi ağlına. Səma hələ çox balaca idi. 1 yaşı vardı. Aylinin 2, Əsmanın 4 yaşı vardı. Yenə tibb bacısı onun fikrini dağıtdı.
Sevda xanım, indi vuracağımız iynə sizi yatırdacaq.
O haqlı idi. Sevda yavaş-yavaş gözlərinin qapandığını hiss etdi.
Bir körpə qığıltısına yatağından qalxdı. Yanında çox gözəl bir oğlan uşağı vardı. Amma uşağın qolu,ayaqları qan içində idi. Əlini körpəyə uzadıb ona toxunmaq istədi. Birdən körpə danışmağa başladı.
Toxunma mənə. Sən məni öldürdün. Bax, əlimi,ayaqlarım­ı necə kəsdin. Sən mənim qatilimsən. Anam­ deyilsən. Qatils­ən. Bunu mənə niyə etdin.
Birdən körpə yox oldu. Amma onun sözləri qulağında əks-səda verirdi.
O, dözülməz bir ağrıya oyandı. Başının üstündə dayanan həkim və bayaqkı tibb bacısını gördü.
Oğlum hanı? Onu hara apardınız? Verin onu mənə. Həkim: əməliyyat uğurlu keçdi. Uşağınızı­n oğlan olduğunu haradan bilirsiniz?
Gözündən yaş süzüldü Sevdanın. Üç aylıqkən qıydığı oğlunun vicdan əzabı ilə yaşayacaqdı bundan sonra.
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!