Birazda gülək =)

Birazda gülək =)
Maraqlı məlumatlar
10.09.2017 2
-Bir gün Pitbulla qırmızı papaq evlənir,uşaqları olur adı da, Redbull =))



* * *




-Qız sevgilisinə zəng vurur....

-Oğlan: hə canım...

-Qız: konturum yoxdu mənə tez zəng vur..və adboy

- Balans: 2.028 Azn :)))))



* * *



Mən optimistəm, Mən optimistəm, Mən optimistəm - onsuzda hamımız öləcəyik!



* * *



Ana soruşur balaca oğlundan:

- Fərhad sən yemisən bu konfetləri?

- Yox ana,nənə yeyib)

Şkafdan səs gəlir:

- Ala basıb bağlamada



* * *




Deyirlər gülmə qonşuna gələr başına. 1 aydı qonşumun xammerinə gülürəm, başıma gəlmir ki, gəlmir:))



* * *



Qəlbinin açarını tapa bilmədim, amma narahat olma balta ilə gəlirəm



* * *




Yaxşı dostlar bir-biriləri üçün canlarından keçərlər.. Amma söhbət saqqızdan gedəndə "Sən öl axırıncıdı"



* * *



-Alo, salam. Elvin burda yaşayır?

-Xeyr.

-Bəs danışan kimdi?

-Elvin

-Bəs deyirdiz Elvin burda yaşamır.

-Ala, sən buna yaşamaq deyirsəəən?))



* * *




4 şeydən nifrət edirəm.

-Ağlayan qonaq uşağı.

-Qışqıran qonaq uşağı.

-Sözə qulaq asmayan qonaq uşağı.

-Komputerlə maraqlanan qonaq uşağı :)))



* * *



Uşaq vaxtı yanağımı dartıb "Qızımı sənə verəcəm" diyən xalalar — artıq vaxtı çatıb, bizim o iş noldu? =))



* * *



Nömrəsini Facebook'a qoyub, sonra da "Mənə Gizli Nömrələrdən Zənglər Gəlir"

Deyən qızın, ağlını çıxarıb quşa qoysaq — quş tərsinə uçar =)



* * *



"Mc Donalds"-da işləmək üçün rus dili, ingilis dili bilikləri, dünya və xarici görünüş tələb olunur.

Bunlarin hamısı məndə olsa deputat olaram da, day kartoşka niyə paylıyıram ki?



* * *




"Səni sevirəm" demək asandı... Əsl çətin olan; "Qovlamalaşsan da qovlamalaşacağam, qovlamalaşmasan da qovlamalaşacağam'' deyə bilməkdi =))



* * *




Limon:

-Axır zamanlar çox sıxırlar məni :((

Kaktus:

-Yaxşı oğlanı sıxmazlar!!! :)))))



* * *




Tərəzinin üstünə çıxanda qarnını içəri çəkən qıza demək istiyrəm ki, toplananların yerini dəyişdikdə cəm dəyişmir =))



* * *




"New-York küçələrində gəzmək başqa aləm" statusunu yazan qız, Biləcəri marşrutunda ifritə rəfiqələri tərəfindən yaxalandı =)



* * *




Avropada köynəklərin üstündə..

No girlfriend, No problem..

Azərbaycanda:

Yes oğlanlar, No şərait



* * *




"Yoo yo yemək yemirik, elə bir stəkan çay içməyə gəlmişik" deyən qonaqlardan qorxuram — onlar süfrədə heçnə saxlamırlar =)



* * *



Əlifba bayramında, sinif rəhbərimiz əlifbanı bitirməyimiz münasibətiylə, bizə hədiyyə almışdı.. Hədiyyə üçün də bizdən 2 şirvannan yığmışdı =)



* * *



Nastradamus evə gələrək anasına deyir:

-Ana yeməyə nə var?

Anasi:

-Köpəyoğlu, məni dolamısan? Guya bilmirsən nə var? =)))



* * *



Yalnız Azərbaycada toyuğa bu qədər əzab verirlər:

"Cığırtma", "Bozartma", "Qızartma", "Soyutma" və.s =))



* * *



Bəzi qızlar sevgililərinin telefonundan qız nömrələrini siləndə sevinirlər, day başa düşmürlər ki, "Kamaz şoferi Mamed" Aysudu =))



* * *



Araşdırmaya görə iPhone və Blackberry çıxandan sonra sevgilisinə görə telefonu divara çırpmaq halları kəksin olaraq 99% azalmışdır =))



* * *




ALLAH kimsəyə sevgilisinin FB-də paylaşdığı bir şeyi bəyənənləri tək-tək yoxlayacaq qədər qısqanclıq duyğusu verməsi =)) ♥



* * *



Yaxın qonşu uzaq qohumdan yaxşıdı, eləydi, beləydi.. WiFi-ın koduna çatanda noldu bəs? =))



* * *



Kişi arvadına:

-Əzizim, qoyunlar neçə il yaşayır?

-Nolub canım, özüvü pis hiss edirsən? =))



* * *




Həyata 40 dəfə gəlsə belə, həyatının 40-nı da eyni qıza verən yeganə oğlan — SUPER MARIO-dur...=))



* * *

Camaatın profilində aşkımlar, canımlar, sövgi sözləri — mən qaragündə isə arıqlamaq üçün dərman reklamları :(



* * *




Nənəmin ürək aparatının batareykasını TV-nin pultuna qoydum.

Pult çox qəşəng işdiyir, düzdü nənə??

nənə, ay nənə.. nənəəəəəəəə...:((



* * *




İnsanlar iki yerə bölünür:

- Ağız burnunu qırmaq istədiklərimiz

- Ağız burnunu yemək istədiklərimiz =)



* * *




Ata öz kiçik oğlundan soruşur:

- Niyə belə keyfsizsən?

- Mənim bir neçə dəqiqə qabaq sənin həyat yoldaşınla xoşagəlməz söhbətim olub...



* * *



Avtobusda yorğun ola-ola durub yer verəndə öz əvəzinə 8-9 yaşlı uşağını otuzduran xalalar — yetər artıq hisslərimizlə oynadız :(



* * *



Profilinə türk seriallarındakı qızların şəklini qoyan qızlar adətən, profilinə Polat Alemdarın şəklini qoyan oğlalarla ailə həyatı qurur =))

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!