Yetim kişi...

Yetim kişi...
Maraqlı məlumatlar
10.09.2017 26
Çox sadiq ər-arvad idilər. Bir-birinin xətrinə dəyməz, "can” deyib, "can” eşidərdilər. Az tapanda az, çox tapanda çox yemişdilər-sakit, qulağı dinc. İki övladlarını da öz halal çörəkləri, alın tərləri ilə böyütmüşdülər. Qadın-hər kəsin qibtə etdiyi nümunəvi həyat yoldaşı, ana, övlad, bacı, bibi və s. idi. Müəlliməydi...
Ötən il əcəl onu bu dünyadan apardı. Elə bil mələk idi, gəldiyi göylərə çəkildi. Həyatın qanunudu-bir insan dünyadan köçər, 40 gün keçər və hər kəs öz evinə çəkilər. Yenə belə oldu. Bir də qadının ölümündən bir il keçəndən sonra bir yastıqda qocaldığı, acılı-şirinli günlərini paylaşdığı ərini gördüm. Bu bir il ərzində inanılmaz dərəcədə qocalmış, beli bükülmüş, dünyanın dərdi gözlərinin dibində bulanmışdı sanki. Kişinin cismi qalmışdı. İraq olsun, yeriyən ölü də demək olardı.
İndi o, həyat yoldaşının nəfəsini hiss etmir, daha onu yatanda, oyananda qolları arasında görə blmir. Paylaşacaq yastığı olmadığı kimi paylaşacaq sevinci də yoxdu daha. Ayaqlarının qeyri-ixtiyari onu çəkib apardığı tək bir ünvan var: qəbirstanlıq. Oğlu anasından çox atasının dərdini çəkir. "Kişi məhv olub gedir” deyir...
Yenə də sevgisinə sadiqdir. Evlənmək və ya başqa qadınlar ağlından belə keçmir. Boynuna sarıldığı yenə də həmin qadındır-qara başdaşından boylanan qadın. O, indi də qadınının başdaşını qucaqlayır. Yenə də onunla dərdləşir. Hönkür-hönkür ağlayan ər ilk dəfə görürdüm...
Dünyanın bir köşəsində bir kişi yetim qalıb. Atasını, anasını çoxdan itirib. O zaman da xeyli yaşı vardı. Yetimlik yaşında deyildi yəni. Amma bütün kişilər kimi məğrurluğunu saxladı. Ata-anadan yetim qalmayan kişi indi əməlli-başlı yetim qalmışdı. Lap anasını itirən körpə kimi.Daha məğrurluq-filan yadına da düşmür. Demək ki, kişilər qadından yetim qalırmış.
Demək ki, yeməyi, çayı soyuq olan kişinin evinin divarları da buz kimi soyuq olurmuş. Qadın nəfəsi tək ürəyi qızdırmırmış demək.
***
Qadınlarınızı-başınızın tacını, ürəyinizin sevgisini qoruyun. Nəfəslərindən, əllərinin hərarətindən muğayat olun. Ürəklərini sevindirin, üzlərini güldürün. Yetim qalmamaq istəyirsizsə, qoruyun onları...
Xuraman Hüseynzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!