Sevgilinizin eks sevgilisi nə vaxt təhlükəli ola bilər?

Sevgilinizin eks sevgilisi nə vaxt təhlükəli ola bilər?
Maraqlı məlumatlar
10.09.2017 39
Sevgilinizin əvvəlki sevgilisi sizin münasibətlərinizə nə vaxt zərər verir? Əvvəlki sevgilinin bu 5 davranışına diqqət edin. 

Çoxları
eks sevgili adı üzərində eks olduğu həqiqətini görməzdən gəlir və
əvvəlki sevgililəri ilə bir səbəb tapıb münasibət qurmağa çalışırlar.
Hər dəfə bir bahənə tapıb onların həyatına yapışmaq istəyirlər. Müasir
mədəniyyətlər səviyyəsində davam edilən "dost qala bilmə” anlayışı,
qarşılıqlı anlaşma daxilində qəbul edilə bilər ancaq qarşınızdakı
insanın niyyəti düz deyilsə, bu modern hal və rəftarınız sizə zərər verə
bilər. Ayıq olun!

Sevgilinizin əvvəlki sevgilisi bu davranış stilindən ən az birinə sahibdirsə, ehtiyatlı olmağın əsl vaxtıdır. 

Sevgilinizə istədiyi vaxt zəng edə bilirsə - Heç bir qadın əvvəlki sevgilisinə bayram-seyran deyilsə, hər dəqiqədə zəng etməz.

Özü
dialoqlarında ikisinin sevgili olduğu zamanları cümlənin içində gözəl
xatirə kimi danışırsa – "Sən həmişə belə idin…”, "Gözümə yaxşı
görünmürsən, nəsə baş verib?”  kimi cümlələr "Yenidən birlikdə olaq”
cümləsindən başqa heç bir şey deyil. 

Yanınızda
həmişə ikisinin ortaq tanışlarından danışıb sizi söhbət kənarlaşdırmaq
istəyirsə -Gözə soxulan keçmiş, gələcəyə soxulmağa çalışan çomaqdır. 

Sizə
yaxın davranıb, sevgilinizə məsafəli durub bu rəftarı xüxusən də
gözünüzə soxursa – Buna inanmayın, dostlar. Əxlaq basqısı altında
edilən, təbii olmayan hər davranışın arxasında 3 qədəhdən sonra verdiyi
sözlər unudulur. 

Sizdən ayrı görüşdükləri
ehtimalı varsa - Burada məsələ qəlizləşir. Təəssüf ki, məsələni
mübahisəsiz həll etmək mümkün deyil. Şansınız çox azdır… Belə hadisələr
münasibətləri lazımsız yerə yorur. Ən çox da sizi incidə bilər. Rəqabət
qaynar yeyilən yeməkdir, ağzınızı və dilinizi yandıra bilər. Siz modern
münasibətlərə uymayın və eks sevgilinin dostluq münasibətlərinə
inanmayın. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!