Məhkəmə salonu

Məhkəmə salonu
Maraqlı məlumatlar
10.09.2017 32
Məhkəmə salonunda, səksən yaşlarında yaşlı cütlüyün vəziyyəti ürək
ağrıdan idi. Adam inadkar baxışlarla susqun, nənənin ağlamaqdan yaxşıca
çuxurlaşmış gözləri və iti xəttləriylə qovuşmuş baxışları süzürdü
ətrafını…
…və hakimin səsiylə susdu hər şey,sözü yaşlı qadına verdi, hakim…
"İzah et xala niyə boşanmaq istəyirsən?"
Yaşlı qadın dərin bir nəfəs aldıqdan sonra yaylıqla ağızını aralayıb, qısılmış səsiylə danışmağa başladı…
"Bu insandan çəkdiyim bəsdir artıq, 50 ildir bezdirdi həyatdan…"
Sonra uzunca bir səssizlik hakim oldu məhkəmə salonunda… Səssizlik bu
cür xəbərləri hər gün başlıq edən jurnalistlərdən birinin flaşıyla
pozuldu, kim bilər necə bir başlıq atacaqdılar, yaşanmış 50 ilin
ardından… Çox sayda jurnalist izləyirdi iddianı, qadın nələr deyəcəkdi.
hər kəs onu dinləyirdi.
Yaşlı qadının gözləri doldu və davam etdi:
"Bizim bir sədəf çiçəyi vardı, çox sevdiyim… O bilməz. 50 il əvvəl idi. O
çiçəyi mənə verdiyi çiçəklərin arasından qopardığım bir yarpağı
toxumlatmışdım, elə böyütdüm. Balamız olmadı, onları balam bildim. Bir
müddət sonra çiçək qurumağa başladı. O zaman əhd  etdim. Hər gecə günəş
doğmadan əvvəl bir qab suyla sulayacam onu deyə… Yaxşı təsir edirmiş
dediər. 50 il oldu, bu həyat yoldaşım bir gecə qalxıb bir dəfə də bu
çiçəyi mən sulayım demədi… Taki keçən gecəyə qədər… O gecə taqətim
kəsilmiş, yatıb qalmışdım… Mən belə bir adamla 50 il keçirdim… Həyatımı,
ümidimi hər şeyimi verdim…
Ondan heç bir şey görə bilmədim. Bir dəfə də olsun, mənim bildiyim
vəzifələrdən birini etməsini gözlədim…. Onsuz daha yaxşıyam, and
içirəm."
Hakim, yaşlı adama dönərək; "Deyəcəyin bir şey varmı ata" dedi.
Yaşlı adam çəliklə çətin yeridiyi kürsüyə, o ana qədər günahlandırılmış
olmanın utancaqlığını hiss etdirən üz ifadəsiylə hakimə yönəldi.
"Əsgərliyimi reisicumhur köşkündə bahçevan olaraq etdim, o bağçanın
görkəmli görünüşüylə böyüməsi üçün əməklərimi verdim… Yoldaşımı da də
orada tanıdım sədəfləri də… Ona ən gözəl çiçəklərdən buketlər verdim… O
çiçəklərlə doludur bağçası… Qoxusuna tapındığım pərişan edər ürəyimi…
İlk evləndiyimiz günlərin birində boyun ağrısından onu həkimə apardım…
Həkim ‘Çox uzun müddət oyanmadan yatsa boyundakı ağrı sərtləşər,
pisləşər' dedi. ‘Hər gecə yuxusunu bölüb, oyansın, gəzişsin' dedi…
Həkimi çox dinləmədi, bizim xanım. Sözüm keçmədi… O günlərdə təsadüf bu
çiçək qurudu… Mən ona gecə sulasan keçər dedim. Əhd etdirdim… Hər gecə
onu oyandırdım və onu seyr etdim… O sevdiyim qadının balası bildiyi
çiçəkləri sulayarkən seyr etdim… Hər gecə o çiçək mən oldum sanki, ona
buna görə tapına bilərdim…" dedi adam o yaşdakı bir adamdan
gözlənilməyəcək ifadələrlə…
"Hər gecə o yatdıqdan sonra oyandım. Saxsıdakı suyu boşaltdim yenidən.
Sədəf gecə sulanmağı sevməz  hakim bəy. Keçən gecə, mən də oyana
bilmədim… Oyandıra bilmədim… Çiçək susuz qalırdı amma, qadınımın boynu
yenə ağrıya bilərdi, Günahlandırıldım. Səsimi çıxarda bilmədim" dedi.
O an məhkəmə salonunda hər şey susdu..
/Mənbə:Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!