Azərbaycanda 15-17 yaşda ana olanların sayı artıb

Azərbaycanda 15-17 yaşda ana olanların sayı artıb
Maraqlı məlumatlar
10.09.2017 157
Hər il Azərbaycanda doğulan uşaqların bir qismi 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilir.
Həm rəsmi, həm də qeyri-rəsmi məlumatlardan da məlumdur ki, ölkəmizin bəzi regionlarında qızlar erkən yaşda, nikah yaşına (17 yaşa) çatmamış ərə verilir. Belədə 15 yaşından ərə verilən qızlar artıq 16-17 yaşları tamam olmamış uşaq dünyaya gətirirlər.Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda il ərzində doğulan 3700-ə yaxın körpənin anasının 15-17 yaşı olur. Rəsmi məlumatda erkən yaşda ana olanların sayının ildən-ilə artdığı göztərilir.
Məsələn, 15-17 yaşlı anaların doğduğu körpələrin sayı 2006-cı ildə 3124 olubsa, 2008-ci ildə bu rəqəm 3633-ə çatıb.
Rəsmi statistikaya görə, erkən yaşda analar heç də təkcə kənd yerlərində yaşamırlar. Şəhər yerində də 15-17 yaşlı analar az deyil. İl ərzində şəhər yerində 1300-ə yaxın, kənd yerində isə 2400-ə yaxın körpənin anası 15-17 yaşlı qızlardır.скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!