Fərqinə varmalıdır insan!

Fərqinə varmalıdır insan!
Maraqlı məlumatlar
10.09.2017 13
 Fərqində Olmalıdır İnsan ...

Özünün, həyatın, hadisələrin, gedişatın fərqində olmalıdır.
Fərqi fərq etməli, fərq etdiyini də fərq etdirməməlidir bəzən ...
Bir damla sudan necə yaradıldığını
Fərq etməlidir.

Ana qarınına sığarkən dünyaya niyə sığmadığını
Və ən sonunda bir metr kvadrat yerə necə sığma məcburiyyətində qalacağını
Fərq etməlidir.

Bu çox geniş görünən dünyanın, axirətə nisbətlə "Ana Qarını Kimi" olduğunu
Fərq etməlidir.

Hələ körpəykən 'Dünya mənim!' Deyərcəsinə ovuclarının sıx bağlı olduğunu, ölərkən də "Oxşar ovucları"hər şeyi buraxıb gedirəm Bax! deyərcəsinə açıq-aşkar qaldığını


Fərq etməlidir.

Və kəfənin cibi olmadığını Fərq etməlidir.
İnadkar Qabiliyyətini
Fərq etməlidir Sonra...

Əzraillin hər an sürpriz edə biləcəyini,
Necə yaşasan elə öləcəyini
Fərq etməlidir İnsan...

Və ölmədən əvvəl ölə bilməlidir.
Heyvanların yolda, səkidə, zibillikdə
Amma özünün gözəl hazırlanmış mükəlləf bir süfrədə yemək yediyini
Fərq etməlidir.

Əşrəf-İ məxluqatın (Yaradılmışların Ən Gözəli) Olduğunu
Fərq etməlidir.

Və ona görə yaşamalıdır.
Gülün dibindəki tikanı, tikanın  yanı başındakı gülü
Fərq etməlidir.

Evində 4 pişik 2 it bəslədiyi halda
Uşaq sahibi olmaqdan qorxmaq məntiqsizliyini
Fərq etməlidir.

Yoldaşına 'səni çox sevirəm!' demənin xoşbəxtlik yolundakı müdhiş gücünü
Fərq etməlidir.

Şkafında asılı 25 köynəyinin yalnız üçünü gediyini, amma arxa küçədəki qonşusunun o bəyənilməyən köynəklərə möhtac olduğunu
Fərq etməlidir.

Zənginliyin və bərəkətin, süfrədəykən qarşısında yığılan çörək qırıntılarını yeməkdə gizləndiyini
Fərq etməlidir.

Fərq etməlidir.
Ömür dediyin üç gündür,
Dünən gəldi, keçdi, sabah məchuldur,
O halda ömür dediyin bir gündür, O da bu gündür.

 

 
P.S: indi doğruya doğru nə gözəl xəbər hazırlamışame deyilmi) :05:

/Mənbə: Qadınlar.biz/

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!