Sol tərəfim ağriyir, ANA!

Sol tərəfim ağriyir, ANA!
Maraqlı məlumatlar
10.09.2017 23
 Salam, Ana!

[center][/center]
[/b]

[b] 

Yenə mən gəldim.
Narahat olma, bu dəfə dərsdən çıxıb gəlmişəm. "Ana"lar da atalar kimi
narahat olarmı? Bax onu bilmirəm. Rəfiqəm "Dərsə getməsəm anam çox
hirslənər, narahat olar" demişdi... Onun üçün deyirəm. Keçən həftə
müəllimə sağ əlimə sarımsaq, sol əlimə soğan verib sağımı solumu
öyrətdi. Bilirəm artıq sağ haramdı, sol haram. Ağrayan yerimin haram
olduğunu indi bilirəm, ANA! Keçən dəfə demişdime "Buram ağrıyır, de ha
buram", amma sənə izah eliyə bilməmişdim haramın ağrıdığını. İndi
bilirəm... Sol tərəfim ağrıyır, Ana, sol tərəfim...
Həm də hər gün ağrıyır, hər gün...



Dünən Ayselin anası saçını hörmüşdü. Əlindən tutub məktəbə gətirmişdi.
Zəng vurulanda öpdü, "Dərslərini yaxşı oxu" deyib getdi. Mən də ağladım.
Hə, ağladım. Heç utanmadım. Müəlliməm "Nə oldu?" dedi. Yalan danışdım
ona da. "Yıxıldım dizim, ağrıyır" dedim. Amma əslində dizim yox, sol tərəfim ağrıyırdı, Ana..
.
Bu gün də mənim saçım hörülsün istədim. Atam hördü, amma onunki kimi
olmadı. "Məni" məktəbə apar" dedim. "Qızım, iş" dedi. Mən də "Neyniyime?
Apar." deyib ağladım. Atam "Qızım, çörək..." dedi. Susdum, amma məktəbə
gedərkən yenə ağladım. Hə. Bir də sol tərəfim yenə ağrıdı, Ana...
Hamının corabları ağappaq idi. Mənimkilər bir az bozarmışdı. Zeynəb
"Anam ağ paltarları rənglilərə qatmadan yuyur." dedi. Atam paltar yumağı
bilirmi ki, Ana?! Offf... Atam hər gün kolbasa qoyur yeməyə. Üzülməsin
deyə bir şey deyə bilmirəm. Amma uşaqlar hər gün dönər, ya da şirniyyat
yeyir.



Hava qaralır, mən gedim, Ana. Atam bilmir qaça-qaça sənə gəldiyimi.
Bilsə heç nə deməz, amma üzülər, bilirəm. Kim pozur torpağını, kim
təmizliyir buradaki gülləri? İcazə vermə, Ana, torpağına əl sürdürtmə...
Evə gedəndə bir də bunun üçün ağlıyıram, Ana. Bax, qab yenə yanımdadı.
Torpağımdam bir ovuc götürüm. Bilirsən? Hər gəlişimdə götürdüyüm
torpaqları bu qabda saxlıyıram. Üstünə də şəklini vurmuşam, baş üstümdə
saxlıyıram. Hər səhər öpüb iyləyirəm onu. Heç kimə demə ha... Bəzən də
danışıram onunla. Neyniyim? Çox darıxıram sənin üçün. Həə... unutmadan.
Müəllimə sabaha "Ana" haqqında yazı tapşırıb. Mən atama yazdıracam.
Müəlliməm yenə hirslənəcək, amma neyniyim? Mən səni heç görmədim ki...
Nəyi necə yazacam? Sənin adın keçəndə sol tərəfim ağrıyır, Ana. Vərəqə də belə yazacaq deyiləm ki...



Mən gedirəm, Ana. Torpağını öpüm,
sən də yuxuma gəlib məni öp. Mütləq gəl, Ana... Sən gəlmiyəndə sol
tərəfimin ağrısı ilə oyanıram səhərlər... Sol tərəfim ağrıyır, Ana...
Bax bax buraaa... Sənin üçün çoooo...x darıxıram, Ana... Nəysə... Mən gedim... Sağol, ANA..!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!