Arzu Əliyeva bu gün ailə həyatı qurur

Arzu Əliyeva bu gün ailə həyatı qurur
Maraqlı məlumatlar
10.09.2017 54
 
 
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyeva ailə həyatı quracaq. Arzunun nişanlısı Səməd Qurbanovu işgüzar dairələrdə yaxşı tanıyırlar. O, Rusiyada iş adamı kimi fəaliyyət göstərir. Səmədin atası Aydın Qurbanov həm ictimai, həm də xeyriyyə fəaliyyəti ilə məşğul olub. Məsələn, Ümumrusiya Azərbaycanlıları Konqresinin yaranması ideyası ona məxsusdur, onu həm də xeyriyəçi kimi tanıyırlar.Həyat yoldaşı İrina Pomelovanın sözlərinə görə, Bakıdakı pravoslav məbədi məhz onun vəsaiti hesabına bərpa olunub. Rusiyanın ən zəngin azərbaycanlılarından olan Aydın Qurbanov Lüksemburqun "Evraz" Şirkətlər Qrupunda, Nijnı Taqil, Qərbi Sibir və Kuznetsk metallurgiya kombinatlarında pay sahibi idi. Səmədin atası vəfat edəndən sonra ailə başçısının biznes fəaliyyətini Aydın Qurbanovun həyat yoldaşı İrina Pomelova davam etdirib. Məsələn, onun həmsahib kimi fəaliyyət göstərdiyi «Koros» Şirkətlər Qrupuna iri meşə şirkətindən əlavə 3 plastmass zavodu daxildir. Bu şirkətin gəliri ötən il 100 milyonlarla dollar təşkil edib. Səməd özü də işgüzar dairələrdə uğurlu biznesmen kimi tanınır. Arzu Əliyeva isə 1989-cu il yanvarın 23-də Bakıda anadan olub, Azərbaycanda xeyriyyəçilik və başqa humanitar fəaliyyət növü ilə məşğul olub. Heydər Əliyev Fondunun tədbirləri çərçivəsində bir neçə vətənpərvər layihələrin həyata keçirilməsində fəal iştirak edib. Rus, ingilis, fransız və ispan dillərində sərbəst danışır. Cütlüyün toy mərasimini Bakıda açıq havada, Xəzərin sahilində keçirmək nəzərdə tutulur. Mərasimə dünyanın tanınmış ictimai-siyasi xadimləri dəvət olunub. Tədbirin konsert proqramında isə məşhur mədəniyyət və incəsənət ustalarının çıxışı nəzərdə tutulur.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!