Yetim uşaq

Yetim uşaq
Maraqlı məlumatlar
10.09.2017 16
 
 Həyatını günahlarla doldurmuş bir
adam, yağışlı və palçıqlı bir gündə ayağı sürüşür və yerə yıxılır.
Yıxılan zaman üstündəki paltarları çirklənməsin deyə əlləri ilə yerdən
tutur və ayağa qalxır.Yerdən tutuduğu üçün sağ əli daha çox
çirklənmişdi. Amma bu bədəvi və mədəniyyəti olmayan biri, əlini yumaq
yerinə, bir yerə silməyi üstün tutur. Siləcək bir yeri olmadığından,
həmin anda yoldan keçən bir uşağın başını oxşayaraq əlini silir və ordan
ayrılar. Bu hərəkətdən uşağın xəbəri belə olmur. Adam qısa bir müddət
sonra günahlarına tövbə edəcək fürsət belə tapmamış vəfat edir. 



Getdiyi yer mələklər tərəfindən
göstəriləcəyi zaman çox qorxur, çünki həyatı büs-bütün günahlarla dolu
idi. Cəhənnəmi gözləyərkən həmin anda mələklər ona cənnət bağçalarından
bir bağça göstərirlər. Adam çaşıb qalır və bu qədər günahı olduğu bir
halda necə olur ki, Allah ona cənnəti bəxş edir? O quluma söyləyin, bir
gün əli palçığa bulaşdığında, o, əlini silmək üçün bir uşağın başını
oxşamışdı. Etdiyi hərəkət yalnış olsa belə, o uşaq yetim idi. Kimsə ona
yaxınlaşıb başını oxşamamışdı. O qulum pis niyyətli olsa da, o yetimi o
qədər sevindirdi ki; mən də, o, gözəl yetim qulumun hörmətinə, o,
günhkar qulumu bağışladım.
 



Peyğəmbərimizdən bir hədis:«Kim
məhəbbətlə əlini bir yetimin başına çəksə, Allah qiyamət günü yetimin
başındakı tükün sayı qədər ona nur bağışlayacaq»


/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!