Bu rəngin uğur və xoşbəxtlik gətirdiyini bilirsinizmi?

Bu rəngin uğur və xoşbəxtlik gətirdiyini bilirsinizmi?
Maraqlı məlumatlar
10.09.2017 11
Xoşbəx"Psychological Bulletin" jurnalına istinadən xoşbəxtliyin
əsas qaydalarını verib.




1. Hər gün 6 saatdan çox yatın - Araşdırmaçılar,
gecə 6 saatdan az yatanların özünü yaxşı hiss eləmədiyini deyib. 6
saatdan çox yatanlar isə günə yaxşı əhvalda başlayır. Uşaqlar və gənclər
8 saatdan çox yatmalıdır. 



2. Hədəfləriniz olsun – Böyük ya da kiçik hədəfləri olanlar üzüntüdən, kədərdən daha tez
xilas olur. Hədəflərin reallaşmasında rolu, köməyi olan çevrə ilə
qurulan münasibətlər də xoşbəxtlik gətirir. 



3. Həyatınızda daha çox mavi olsun – Alimlər müəyyən edib ki, mavi rəng insanın özünə olan güvəni artırır,
stressi isə uzaqlaşdırır. Xoşbəxt olmaq və uğur əldə etmək istəyənlər
alimlərin bu məsləhətini də nəzərə alsa, yaxşı olar. 



4. Yeniliklərə hazır olun – Yeni hadisələrə hazır və mühafizəkarlıqdan uzaq olan insanlar daha
çox xoşbəxt olurmuş. Alimlər qeyd edib ki, yeni şeylər öyrənmək beyni və
maraq duyğusunu hərəkətə gətirir. 



5. Səbrli olun –Xoşbəxtliyin
 səbrli olmaqdan keçdiyini söyləyən alimlər, gözəl anların dəyərini
daha yaxşı bilmək üçün səbrli olmağı tövsiyə edir. Sonrakı peşmançılıq
fayda verməz. Odur ki, səbrli olun… 



6. Başqa insanlara yardım edin – Hədiyyə alanlar, kasıblara yardım edənlər və xeyriyyəçiliklə məşğul
olanlar daxilən  özlərini daha sakit və huzurlu hiss edir. Daxili
sakiltik isə xoşbəxtlik gətirir. 



7. Yaxşı dostlarınız olsun
Alimlər qeyd edir ki, sosial olmaq xoşbəxtlik gətirir. Sağlam
dostluqları olanlar daha xoşbəxt olur. Lazım olan anda sənə yardım edə
biləcək dostunun olması gözəldir… 


8. Sevin
Araşdırmaçılar sevginin, məhəbbətin, sevilməyin xoşbəxtliyin əsasını
təşkil etdiyini deyir. Həyatı başqası ilə paylaşmaq xoşbəxtlik gətirir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!