Oruc tutarkən maddələr mübadiləmiz nə iş görər?

Oruc tutarkən maddələr mübadiləmiz nə iş görər?
Maraqlı məlumatlar
10.09.2017 25
Sahurda niyyətlənməmiz ilə başlayan aclıq və susuzluq, iftarda orucumuzu açmamız ilə sona çatar. Bu zaman içərisindəyaranan aclıqda,   maddələr mübadiləmiz; həyata davam edə bilməmizi təmin etmək üçün heç dayanmadan işə davam edər. Lakin hər zamankındən bir az fərqli bir şəkildə…



Normal şərtlərdə maddələr mübadiləmiz enerji çıxara bilmək üçün qəbul etdiyimiz qidalardan faydalanar. Orucluykən isə, bədənə alınan qida olmadığı üçün maddələr mübadiləsi özünə yeni enerji qaynaqları axtarışa başlar ki, maddələr mübadiləsinin bu vəziyyətdə enerji çıxara bilmək üçün çata biləcəyi tək qaynağı vardır. Bədənimiz…



Toxumalarımızda həyatın davam edə bilməsi üçün lazımlı olan qaynaq glikozdur. Bu səbəblə maddələr mübadiləsi, həyatı davam etdirə bilmək üçün toxulara nizamlı olaraq glikoz təmin etmək məcburiyyətindədir. Maddələr mübadiləsi, bədən açkən glikozu tapa bilmək üçün bədəndəki anbarları yıxmağa başlar. Glukagon adı verilən hormon başda olmaq üzrə fərqli hormon və fermentlərə maddələr mübadiləsi lazımlı dağıtma əmrini gecikmədən verər.



Bədənimizdə çətin günlər yəni aclıq vəziyyətləri üçün saxlanan fərqli anbar qaynaqları vardır. Bunlar əzələlərimizdə anbar edilən glikojen, o heç sevmədiyimiz yağlayarımız və aclıq uzun müddət davam etsə, "son çarə" olan əzələlərimizdir.



Qaraciyərimiz, sahurdan bir neçə saat sonra dağıtmaya başlamış olar. İlk hədəf, əzələlərdə olan glikojen anbarlarıdır. Sahurdan təxminən 4-6 saat sonra isə özünə yeni qaynaqlar axtarışa başlar. Lakin qaraciyər yalnız dağıdıcı deyil eyni zamanda istehsalçı bir orqandır. Bədənimiz üçün lazımlı olan enerjini çıxara bilmək adına, digər anbarları glikoza çevirməyə başlar.



Ümumiyyətlə nifrət edilən yağ anbarları da aclıq vəziyyətində bizi yaşatmaq üçün səfərbər olarlar. Aclığın daha uzun sürməsi halında bədəni zəmanət altına almaq adına, özlərini parçalayaraq qaraciyərə doğru yola çıxarlar. Buradakı məqsəd, keton cisimlər meydana gətirərək beynin işini davam etdirməsini təmin etməkdir. Aclıq müddəti uzandıqca beyin ketonlar sayəsində işə davam edə biləcək. 

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!