İdman geyimi nece olmalıdır?

İdman geyimi nece olmalıdır?
Maraqlı məlumatlar
10.09.2017 38
Xüsusilə fəsillərə uyğun şəkildə paltar seçimi etmək, sizə etdiyiniz idmanda daha rahat hərəkət etmə imkanı təmin edəcək.



Əlavə tərləmənizə yarayan bir çox paltar sizə faydadan çox zərər gətirə bilər. Bu tərz geyim seçiminin yerinə, tərləməyi əmən geyimlər daha sağlam olacaq. Pambıqlı paltarlar bu mənada ən böyük köməkçiniz.



Tayt və eşofman altı kimi variantlar sizə sərbəst hərəkət təmin edər. Burada diqqət etməniz lazım olan nöqtə isə, paltarlarınızın bədəni qucaqlaması amma sıxmaması lazımdır.



İdman edərkən ən böyük yükü çəkən bölgələrinizdən biridə ayaqlarınızdır



Ayaqqabı seçimi ən əhəmiyyətli nöqtələrdən biridir. Verəcəyiniz səhv bir qərar bütün məşqlərinizin şikəstliklərlə nəticələnməsinə səbəb ola bilər. Buna görə idman ayaqqabısı alarkən düz dabanlı modellərdən qaçın. Ayaq dabanınızı qoruyan və yükünü yüngülləşdirəcək tərzdə olanlara yönəlin.



Alacağınız ayaqqabının hava axını çox əhəmiyyətli



İstifadə etdiyiniz ayaqqabının içəridəki havanı həbs etməməsi, hətta havanın girib - çıxmasını təmin etməsi lazımdır. Bu xüsusiyyətə sahib deyilsə,  ayaq xəstəliyi sizi buraxmayacaq.



Bütün idman paltarlarınızda mümkün olduqca rahat olacağınız tərzə yönəlin



Bu sizə həm məşqlərinizi doğru etmə imkanı verəcək, həm də sağlam şəkildə idmanınıza davam etmə xüsusiyyəti qatacaq.

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!