Böyüklər üçün ana südü - Fotolar

Böyüklər üçün ana südü - Fotolar
Maraqlı məlumatlar
10.09.2017 14
Britaniyada çıxan "The
Daily Telegraph” qəzeti tükürpədən bir xəbər yayıb.Heç demə, Çində yeni
bir dəb meydana gəlib.Əsasən yeni varlılar ana südü içmək üçün evlərində
xüsusi dayə saxlayırlar.



BAŞINA HAVA GƏLMİŞ KAPİTALİZM



Hətta
açıq-saçıq Britaniya qəzeti də bunu "başına hava gəlmiş kapitalizm”
adlandırır.İlk dəfə "South China Monitor Post” qəzetində verilmiş
xəbərdə deyilir ki, böyüklər südü birbaşa "mənbədən” içə bilərlər. Lakin
"utananlar” üçün dayə sağım cihazı işlədir.



Çin qəzeti bu işlə
məşğul olan "Xinxinyu Household Service” şirkətinin sahibi Lin Junla
müsahibə verib.O deyir ki, indi ana südünü daha çox yeni varlılar və
səhhəti zəif olanlar içirlər. Lin Jun bildirir ki, könlündən təzə süd
keçənlər evlərində "südlü dayələr” saxlayırlar.Üzdəniraq şirkətin sahibi
bildirir ki, dayələr narazı qalmırlar, çünki qiymətlər çox yaxşıdır.



FAHİŞƏLİK QƏDƏR MƏNƏVİYYATSIZ



"The
Daily Telegraph” qəzetinin müxbiri bu xəbəri "müdhiş” adlandırır. O
yazır ki, bir böyük insanın başqa böyük bir insanı əmizdirməsi fahişəlik
qədər mənəviyyatsız əməldir.



Müxbir həmçinin yazır ki, Çinin
qatı kommunist ölkəsindən ən utanmaz və abırsız kapitalist ölkəsinə
çevrilməsi heyrətamizdir.İngilis müxbir daha sonra yazır: "Əgər Çin
oliqarxları öz xalqına sağmal inək kimi baxırlarsa, bu mənəviyyatsız
kapitalizmin qurtaran yeridir”.



Təbii ki, bu xəbərdən mən də
dəhşətə gəlmişəm.Düzünü deyim ki, bu məqaləni yazmağı heç
planlaşdırmırdım da…Elə şeylər var ki, insan onları bilməsə
yaxşıdır.Lakin elə bu məqamda qəzetlərdə gözümə başqa bir xəbər sataşdı.



BƏBƏ QU-QU DONDURMASI



Mən
20 ildir ki, İngiltərədə yaşayıram və ən çox hava temperaturunun 23
dərəcədən yuxarı olmasına nifrət edirəm.Çünki bu temperaturdan yuxarı
burda bir çoxlarının başına bir az hava gəlir. Bəzi kişilər və qadınlar
demək olar ki, lüt-madərzad ictimai parklarda uzanıb özlərini günə
verirlər.

Onları başa düşmək olar. Şimal qütbünün qulağının dibində
yerləşən ölkənin adamları ildə bir neçə gün Günəş paylarını ala
bilərlər.Həkimlər də belə məsləhət görürlər. Günəş şüaları insana D
vitamini verir. Bu vitaminin çatışmazlığı ən müxtəlif ruhi xəstəliklərə,
depressiyalara və hətta intiharlara yol açır.

Nə isə…bütün bunlara
dözmək olar yox, dözmək lazımdır. Gəmidə oturub gəmiçiyə yol
göstərməyəcəksən ki…İndi də gələk oxuduğum xəbərə. Bu xəbərdən mənə
bəlli oldu ki, kapitalizmin başına təkcə Çində yox, elə Qərbdə də hava
gələ bilər. İllah da isti havada.



Britaniyada iyul ayı rəsmən
"Dondurma ayı”dır. Məxsusi kafelərdə ən ağlasığımaz reseptlərlə
hazırlanmış dondurma yeyə bilərsiniz. İstiotlusundan tutmuş
sarımsaqlısına qədər.

Lakin ən maraqlısını Londonun mərkəzindəki
Kovent Qarden deyilən yerdə verirlər. Bizim Torqovı kimi bir
yerdir.Buradakı "İcecreamists” (Dondurmaçılar) kafesində "Bəbə Qu-Qu”
dondurması sifariş etmək olar.Yanılmamasınız "Bəbə Qu-Qu” bəbələrin
boğazından kəsilən ana südündən hazırlanır. Bir porsiyası 14 funt
sterlinqə.



Siz də deyirsiniz Çin elə gəldi, kapitalizm belə getdi//Publikaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!