Kişilər niyə qadınlardan əvvəl ölər, heç düşündünüzmü?

Kişilər niyə qadınlardan əvvəl ölər, heç düşündünüzmü?
Maraqlı məlumatlar
10.09.2017 13
KİŞİLƏR NİYƏ VAXTINDAN ƏVVƏL ÖLƏR..?





Axşam anamla atam televizora baxırdılar.



Anam, 'Gec oldu,' dedi, 'onsuz da yorğunam, mən yatıram.'



Anam qalxdı, mətbəxə getdi.



Çərəz-meyvə qablarını çalxaladı qaldırdı.



Səhərə hazır olsun deyə çaydanı doldurdu, dəmliyə çay qoydu.



Şəkərliyə baxdı, dibində az qalmış, üstünə əlavə etdi.



Nahar üçün buzluqdan çörək çıxardı, axşam yeməyi üçün həll edilsin deyə də əti aşağıya qoydu.



Nahar masasını hazırlamaq üçün masanın üstündəkiləri yığdı.



Telefonu zaryatkaya qoydu, telefon dəftərini bağlayıb yerinə qoydu.



Sonra paltaryuyan maşınından yaş paltarları çıxarıb asdı və maşını təkrar doldurdu.



Duşdakı zibil səbətini boşaltdı.



Yaş bir dəsmalı qurusun deyə duş pərdəsinin borusuna asdı.



Bir köynək ütülədi, qopuq düyməsini tikdi. Çiçəkləri suladı.



Əsnəyərək gərindi və yataq otağının yolunu tutdu.



İş
masasının yanından keçərkən dayandı, müəllimə sənəd yazdı, məktəb
gəzintisi üçün pul sayıb ayırdı, əyildi, kürsünün altına dərs kitabını
götürdü, masanın üstünə qoydu.



Keks tərifləri dəftərini çıxardı, yoldaşına söz verdiyi tərifi bir kağıza yazdı, çantasına qoydu.



Baqqaldan alınacaqları qeyd etdi, qeydi də çantasına qoydu.



Sonra getdi, 3ü 1 arada təmizləmə losyonuyla üzünü yudu, dişlərini fırçaladı.



Gecə kremini və qırışıq önləyici nəmləndiricisini sürdü.



Dırnaqlarına baxdı, pilkaladı.



İçəridən 'sən yatmağa getməmişdin?' deyə səslənən atama 'indi gedirəm' deyib itin su qabını doldurdu.



Qapıları pəncərələri nəzarət etdi, xoldaki lampanı yandırdı.



Qardaşımın
otağına getdi, oğlan yatmış deyərək, lampasını söndürdü, kompüterini
bağladı, köynəyini asdı, yerdəki çirkli corabları yığıb səbətə atdı.



Mənə gəldi, 'bəsdi yat artıq, bir az da sabah çalışarsan,' dedi.



Öz otağına getdi, saatı qurdu, sabahısı gün geyəcəklərini hazırladı.



6 maddəlik təcili işlər siyahısına 3 maddə daha əlavə etdi.



Öz-özünə yaxşı gecələr dilədi, xəyallarının reallaşdığını gözünün önünə gətirdi.



Bax elə o sırada atam televizoru söndürdü, bir 'mən yatıram' dedi və getdi yatdı.



Sizcə bu işdə bir qəribəlik yoxdurmu?



Qadınların niyə daha uzun yaşadığını maraqlanmısınızmı?





ÇÜNKİ BİZ QADINLARIN İŞLƏRİ HƏMİŞƏ UZUN ZAMAN ALAR!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!