Azərbaycanda 7 ailə "facebook"a görə dağıldı

Azərbaycanda 7 ailə
Maraqlı məlumatlar
10.09.2017 28
Sosial şəbəkələrin ərlə arvadın şəxsi həyatlarına daxil olması da ayrılmalara səbəb olur



Bu ilin ötən 6 ayında Mingəçevirdə 353 nigah bağlanıb və
75 boşanma qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə Mingəçevir
Şəhər Statistika İdarəsinin rəisi Etibar Süleymanov bildirib.

Mingəçevir
Şəhər Qeydiyyat Şöbəsinin rəisi Sevinc Hüseynova isə qeyd edib ki,
hazırda ər arvadın bir-birilərini başa düşmədən ayrılmaları qeydiyyat
şöbələrinin siyahısında o qədər də önəmli yerdə dayanmır.
Məlumatda
deyilir ki, nikahı pozmaq qərarına gələn cütlüklər, əsasən, ailədaxili
maddi sıxıntılarını və xəyanəti səbəb kimi göstərirlər. Boşananların
əksəriyyəti isə gənclərdir. Sosial şəbəkələrin ərlə arvadın şəxsi
həyatlarına daxil olması da ayrılmalara səbəb olur. Təkcə ötən il
Mingəçevir şəhərində 7 ailə bu səbəbdən dağılıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!