İnsanlar nə üçün Erotik film izləyir?

İnsanlar nə üçün Erotik film izləyir?
Maraqlı məlumatlar
10.09.2017 167
Porno sözünü eşidən
əksər insanlar "nə danışırsınız, mən heç vaxt elə şeylərə baxmıram,
ehtiyacım da yoxdur” deyə, üzlərinə ikrah və çaşqınlıq qarışıq bir ifadə
verirlər. Lakin danmaq olmaz ki, hər bir kəs ömründə bircə dəfə də olsa
porno izləyib.




Hazırda pornonun geniş yayılmasına və
əlçatan (internetdə axtarış saytlarında "porno” kəlməsini yazmaq
kifayətdir) olmasına rəğmən, hələ də onu erotika ilə qarışdıranlar,
hətta eyniləşdirənlər var. Əvvəlcə pornonun nə olduğunu aydınlaşdıraq.



Pornoqrafiya
(latınca "porni” - fahişə, ”qrafo” - yazıram) – ilkin mənasında
fahişələrin gündəlik fəaliyyətini işıqlandıran yazı, müasir anlamda isə
auditoriyanı ehtiraslandırmaq məqsədilə cinsi əlaqənin fizioloji
xırdalıqlarının nümayişidir. Pornoda proses heç bir məhdudiyyət
qoyulmadan, tam şəkildə təqdim edilir və izləyici bundan bəhrələnərək öz
seksual ehtiyaclarını ödəyə, yaxud da sadəcə baxıb həzz ala, maariflənə
bilir. Erotikadan fərqli olaraq, pornonun əsas qayəsi cinsi əlaqə
zamanı hislərin və emosiyaların yox, məhz fizioloji prosesin ön plana
çəkilməsidir. Porno insanlarda yalnız şəhvət oyatdığı halda, erotika
daha çox seksual münasibətlərin bədii təsviridir. Erotikada tərəflər
arasındakı sevgini, romantik bağlılığı sezmək olur.



Əsrlər boyu
pornoya münasibət istər dövlət, istərsə də dini qurumlar tərəfindən
birmənalı şəkildə mənfi olub. Zəmanəmizdə isə pornoya neqativ, neytral
və pozitiv yanaşmalar mövcuddur. Neqativ yanaşma antipornoqrafik
hərəkatın timsalında özünü daha qabarıq göstərir. Hərəkat üzvləri
arasında dindarlar, feministlər, psixoloqlar və hətta keçmiş porno
aktyorlar üstünlük təşkil edirlər ki, onların fikrincə pornoya aludə
olanların, xüsusilə də yeniyetmələrin əksəriyyəti aqressiyaya,
zorakılığa, pedofiliyaya daha çox meyllidirlər.



Neytral mövqe
tutanlar hesab edirlər ki, cinsəl və yaş baxımından yetkinliyə çatmış
istənilən şəxs pornoya baxa bilər. Artıq formalaşmış psixologiyaya porno
heç bir mənfi təsir göstərə bilməz.



Bəs insanlar nə üçün
pornoya baxır? Onları cəlb edən nədir? Üstəlik, seksual partnyoru olan
bir şəxsin pornoya marağını normal qarşılamaq olarmı?



Pornoya
olan maraq hər bir şəxs üçün individual səbəblərə söykənir. Əsas
səbəbləri əldə rəhbər tutaraq bölgü apardıqda, aşağıdakı nəticələrə
gəlmək olar:



- pornoya təcrübə toplamaq, maariflənmək məqsədilə
baxanlar; seksopatoloqların fikrincə, bu, fahişə xidmətlərindən istifadə
etməkdən daha yaxşıdır. Çünki əxlaqsızlığın səviyyəsini və insanın
müxtəlif yoluxucu dəri-zöhrəvi xəstəliklərə tutulma riskini xeyli
azaldır.



- anadangəlmə çəkingənlik hissindən və müxtəlif seksual
komplekslərdən azad olmaq məqsədilə porno izləyənlər; bu tip insanlar
yataqda çox utancaq olur və özlərinə məhdudiyyətlər qoyurlar. Onların
arasında evli insanlar da var ki, öz partnyorundan arzuladığını ala
bilmir, eyni zamanda xəyanət də etmək istəmir və itirdiklərini porno
vasitəsilə kompensasiya etməyə çalışır.



- seksual ehtiyaclarını
ödəmək məqsədilə pornoya baxanlar; burada hər şey aydındır. Tələbat
var, partnyor yoxdur. Ən yaxşı çıxış yolu pornodur.



- sadəcə maraq üçün baxanlar; bir çoxlarını pornoya baxmağa vadar edən məhz budur.



Yuxarıda
sadaladıqlarımız, pornoya müsbət tərəfdən göstərilən maraqları əks
etdirən bir bölgüdür. Hər şey qədərində və təyinatına görə istifadə
olunan zaman yaxşı olur. Arada-sırada gözucu pornoya da baxmaq olar,
təki onun aludəçisinə çevrilməyəsiniz!..//Kulisскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!