Zaman Bağışla...

Zaman Bağışla...
Maraqlı məlumatlar
10.09.2017 10
Qapım döyüldü...

Kimdi?

Zaman...

Qapını açdım. Ayaqqablarını belə çıxartmadan otağıma daxil oldu.

Otağımın qapısını sındırdı.

Niyə sındırdın?

Hər acı çəkdikdə otağına qapılıb qapını çırparaq bağladığın o qapının qulpu sınmalıdı ki

sən daha bir daha o qapı arxasında özünü dustaq hiss etməyəsən.

Otağımı darmadağın etdi. Yastığımı pəncərədən aşağı atdı.

Bəs bu gecə başımı nəyə qoyub yatacam?

Özünü boğurdun yadındadı?

Ağlamağını heç kim eşitməsin deyə yastıqla başına sıxıb özünü boğurdun.

Indi yenə bu gecə ağla eşitsinlər səsini...!!!

Ağla ağlaya biləcəksənmi? Yastığa sığınma.

Özündən, güvənindən bərk-bərk tut...!!!

Kompyuterimi yandırıb ən sevdiyim mahnıları sildi.

Silmə bəs mənim zövqüm?

Sənin zövqün daxilindi lakin onlar sənin xatirələrin və sənin hər dinlədikdə şeytan

əməlinlə aldanaraq xəyallara, mənasız puç olmuş arzuları yaşamağa imkan yaradır.



Pəncərəmin şüşəsini sındırdı...Şüşədə son çəkdiyim şəkil kədərli bir insan sıması idi...

Çilik-çilik olub ayaqlarıma tökülüb qanatdı.

Niyə incidirsən?

Şüşənin o biri üzündən səni sevən səni deyil o kədərli ,eybəcər insan

rəsmi simasını görür indi bax həyata və o səni görsün.

Daha nəyim qaldı ki? Hər şeyimi cırıb ,qırıb,silib atdın...Deyərək yerdə oturdum...

Zaman stolumun üzərindəki qələmi qarşıma atdı və dedi yaz: indi mənim gəlişimdən yaz...

Mənim necə insafsız və necə acı olduğumdan yaz.

Hər şeyi zaman etdi yaz...!!!

Sonra dön ətrafına bax mənmi etdim bunları ya sən...?!

Ətrafıma baxdıqda artıq mənə keçmişimi xatırladacaq bir şey görmədim...

Həqiqətən günahlandırdığım zaman elə acımı sanki göylərə uçurtdu.

Bəs bu acını gətirən kim idi?-söylədim...

Kimdi? soruşmadan qapını açdığın kəs...!!!

Zaman artıq qapıya doğru yaxınlaşırdı.

Arxası ilə qaçaraq günahkar MƏNəm söylədim.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!