ŞOK: Qızlarına təcavüz etdi, nəvəsinin başını əzdi

ŞOK: Qızlarına təcavüz etdi, nəvəsinin başını əzdi
Maraqlı məlumatlar
10.09.2017 21
 
 
Meksikanın da artıq öz Yozef Fritsli var. Bu əxlaqsız və manyak ata övladlarını zorlamaqla yanaşı, bir nəvəsini də qətlə yetirib.
 
"El Mundo"ya istinadən bildirir ki, 32 yaşlı Xorxe İnyestra Salas (Jorge Iniestra Salas) iki yeniyetmə qızına illərdən bəri təcavüz etməklə yanaşı, onların dünyaya gətirdiyi 5 övladın atasıdır. Salas nəvələrindən birini döyəndən sonra uşağın başını daşla əzərək öldürüb, bir qədər sonra isə qızını qətlə yetirib.
 
Meksikanın paytaxtı Mexikoda taksi sürücüsü olan Salas sürəkli zorladığı qızlara evdən çıxmağı qəti qadağan etmişdi.
Kiçik qızı onun sözünə qulaq asmayaraq həyətə çıxdığına görə ata onu vəhşicəsinə döyüb, əvvəlcə o, qızın üç aylıq körpəsini, sonra da özünü öldürüb.
 
Mexiko polisindən verilən məlumata görə, ailədə baş verənlərdən Salasın qeyri-rəsmi nikahda yaşadığı arvadı ilə yanaşı, anası da xəbərdardı. Lakin sürəkli zorlanan iki qızın anası və nənəsi susaraq nə qonşulara, nə də polisə xəbər verməyiblər.
 
Salas qızlarını pəncərələri olmayan çirkli otaqda saxlayırdı.
 
"Salas qızını və üç aylıq nəvəsini vəhşicəsinə öldürəndən sonra onların meyitlərini iki ay həyətdəki çuxurda saxlayıb, sonra da qardaşı ilə birlikdə meyitləri maşına qoyaraq qonşu ştatın ərazisindəki yolun kənarına atıb", - polis zabiti deyib.
 
Manyakın 3 aylıq başqa nəvəsi isə kritik vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Mexiko şəhər prokuroru Xorxe Fermanın (Jorge Ferman) dediyinə görə, Salasın 2004-cü ildən bəri qeyri-rəsmi nikahda olduğu arvadı, məktəbdə xadimə işləyən 44 yaşlı Klaudia Tapia (Claudia Tapia) da həbs olunub.
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!