Bakirəliyin bərpası qalmaqal yaradıb

Bakirəliyin bərpası qalmaqal yaradıb
Maraqlı məlumatlar
10.09.2017 20
 
 
İsveçrədə belə əməliyyatların sayı artıb.
 
"Ensonhaber"ə istinadən bildirir ki, İsveçrədə bakirəliyin bərpası əməliyyatlarının sayının artması və bununla bağlı sığorta şirkətlərinin ödənişlərinin çoxalması geniş müzakirələrə səbəb olub.
Bakirəliyin bərpası, yəni hemonoplastika əməliyyatlarına məruz qalanların tam əksəriyyəti türk və kosovalı alban qadınlardır.
 
İsveçrənin önəmli tibb mərkəzlərindən biri Bazel Universitetində aparılan araşdırma zamanı bəlli olub ki, əvvəllər əsla tələbatın duyulmadığı əməliyyat üçün indi türk və kosovalı alban xanımlar tərəfindən çox böyük maraq var. Belə ki, sözügedən əməliyyatla bağlı sadəcə Bazel Universitetinə 90 müraciət olub. Həmin müraciətlərin 60-ı əsasında hemonoplastika əməliyyatı keçirilib.
 
Bazel Universitetinin professoru, qadın xəstəlikləri üzrə mütəxəssis Denis Dumon dos Santosun dediyinə görə, ölkədəki digər klinikalarda da bakirəliyin bərpası ilə bağlı aparılan əməliyyatlar nəzərə alınanda artım "həddən ziyadə" sürətlidir.
 
Belə əməliyyatlara tələbat əsasən İsveçrənin alman dilində danışılan bölgələrində yaşayan türk və kosovolu alban xanımlar tərəfindəndir.
Aparılan araşdırmalara görə, xanımların bu əməliyyatlara əl atmalarının səbəbi yaşadıqları mühitdir: "Türk və alban xanımlar bakirə olmadıqları aşkarlanarsa, çox ciddi təhlükələrlə üzləşəcəklərini bildiklərindən hemonoplastika əməliyyatını çarə kimi görürlər".
 
İsveçrə Qadın Xəstəlikləri və Ginekologiya Cəmiyyəti (SGGG) kütləvi informasiya vasitələrində açıq məktubla çıxış edərək hemonoplastika əməliyyatlarını məsləhət görmədiyini, həmin əməliyyatlara yalnız müstəsna ehtiyac duyularkən əl atılmasının gərəkdiyini bəyan edib: "Belə əməliyyatlar qadınlara qarşı düşmən münasibət və köhnə adət-ənənələrin dəstəklənməsinə xidmət edir".
 
İsveçrə Sağlamlıq Sığortaçıları Birliyinin prezidenti Paul Reynin dediyinə görə, bakirəliyin bərpası əməliyyatı əslində qadınların könüllü seçimi yox, onların kişilərdən qorxduqları üçün son çıxış yoludur.
 
"17 qadın klinikasında belə əməliyyatlarla bağlı xərcləri sığorta şirkətləri ödəməli olub. Halbuki əslində sağlamlıqla bağlı problem yox, sırf adət-ənənələrlə bağlı əməliyyata görə sığorta təzminatının ödənməsi normal hal deyil".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!