“Səni Axtarıram” verlişini baxımlı edən 4 səbəb

“Səni Axtarıram” verlişini baxımlı edən 4 səbəb
Maraqlı məlumatlar
10.09.2017 55
Dəyərli Oxucu! Hər dəfə olduğu kimi bu
yazımda da oxucu marağını əsas tutaraq maraqlı bir mövzuya toxunmağı
labüd gördüm. Bu yazıda Azad Azərbaycan kanalında yayımlanan ən
reytinqli verlişlərdən biri (bəzi mənbələrə görə birincisi) olan
Xoşqədəm Hidayətqızının aparıcılığında efirə çıxan "Səni Axtarıram”
verlişinin uğur səbəblərini nəzərinizə çatdıracam. Səbəbləri açıqlamadan
öncə bildirim ki, layihənin personasına və xarici layihə kimi yerli
bazarda tətbiqi barədə fikir söyləməyəcəm. Yazının məqsədi ümumilikdə
layihə niyə baxımlıdır – bax bunu açıqlamağa çalışmaqdır.
 
İlk uğur səbəbi – duyğusal ehtiyacı hiss etmək. Belə ki, yaradıcılar insaların "əzizimi axtarıram” ehtiyac mesajını duymuş və bunun üzərinə verliş yaratmışdırlar.
İnsanların müəyyən vaxt keçdikdən sonra nostalji hissləri yaşamaq
ehtiyacı yaranır. Bu müxtəlif formalarda özünü biruzə verir. Məsələn,
uşaq parklarına getmək, məktəbi ziyarət etmək və digər. Bunlardan biri
də keçmişdə tanıdığın, dost olduğun birini yenidən görmək və bundan
əlavə həmin adamla keçmiş xatirələri yada salmaq. Məhz buna səbəbdir ki,
insanlar şüuraltı olaraq (əksər hallarda insanlar bu verlişə tənqidi
yanaşmaları olsa da həvəslə baxmalarının səbəbi də budur) verlişə baxır,
sanki keçmişi ona xatırladacaq birini görəcəkmiş kimi gözləyir. Bundan
əlavə isə insanların bu ehtiyacı ödənənədək (hansı ki, bu ehtiyac heç
vaxt tükənmir) bu verlişin daimi izləyicisi olurlar. Bu da marketinqin
dili ilə desək "loyal müştəri bazası” yaratmaq deməkdir.
 
İkinci uğur səbəbi – güclü
təşkilatçılıqdır. Daha dəqiq, axtaran insan  (müştəri) məmnun ayrılması
üçün əllərindən gələni edirlər. Bunun üçün axtarış personalı –
 qurumlar, təşkilatlar, sosial şəbəkə və digər adam tapılması gərəkən
hər yerdən istifadə edirlər. Bu da o dəməkdir ki, müraciət edən hər kəs
nəticənin nə olmasından asılı olmayaraq ehtiyacı ödənmiş məmnun ayrılır.
 
Üçüncü uğur səbəbi – emosianal
aparıcılıq. Mənim Xoşqədəm Hidayətqızında verliş çərçivəsində heç bir
qüsur görmürəm. Məsələ ondandır ki, nəzərə alsaq ki, verliş bu cür
emosianal tərzdədir o zaman burda teatral apacırılıq vacibdir. Bu
verlişdə "atom hissəciklərin protonlara parçalanma” səhnəsini görməniz mümkün deyil. Televiziya qarşısında əyləşənlərin studiyada baş verənlərə "kül başına”, "halal olsun kişi adamsan”, "sənə hələ o da azdır” kimi kəlimələr işlətməsinin səbəbkarı - Xoşqədəm Hidayətqızıdır. O,
Sizin evdə həyəcanla izlədiyiniz, reaksiya vermək istədiyiniz reaksiyanı
nümayiş etdirir. Sadə dillə desək, izləciyinin cildinə girir. Və
izləyici orda özünü görür, bu da marketnqin qızıl qaydasının biridir –
məhsula müştəri gözü ilə bax!
 
Dördüncü uğur səbəbi – yayımalanan
kanal. Heç şübhəsiz ki, Azad Azərbaycan kanalı ən baxımlı kanallardan
biridir. Bu da o deməkdir ki, geniş izləyici kütləsi burdadır. Nəticədə
bazar olan yerdə doğru mövqeylənmə edilmişdir. Fikrimcə, nəinki, "Səni Axtarıram” verlişi, başqa layihələri də bu kanalda uğur qazandırmaq olar.
 
Nəticə: Verlişə "Kim harda necə?” gözü ilə deyil, peşəkar yaradıcılıq və komanda şəklində fəaliyyət
nəzəri ilə baxdıqda, həqiqətən insanların işlərini mükəmməl şəkildə
etdiklərinin şahidi olacaqsıınız.



// Facemark.az  Ramil Cabbarovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!