Kişilər qadınlarla niyə dost ola bilmirlər? MARAQLI

Kişilər qadınlarla niyə dost ola bilmirlər? MARAQLI
Maraqlı məlumatlar
10.09.2017 16
Tədqiqatçılar əsrlərdir insanlığı narahat edən sualın cavabını veriblər:
kişi və qadın dost ola bilərlərmi? Məlum olub ki, yox, ola bilməzlər. Qadinlar.Biz-in məlumatına
görə, Viskonsin universitetinin tədqiqatçıları müəyyən ediblər ki, kişi
və qadın arasındakı istənilən dostluqda güclü cinsin nümayəndəsi öz
seksual hisslərini idarə etməli olur. Qadınlarsa əksinə, dostluğa normal
baxırlar. Qadınların dostlarına qarşı seksual hissləri yalnız öz ərləri
və ya sevgililəri ilə problem yarandıqda üzə çıxır.



Tədqiqat zamanı 88 cüt dostluq münasibətində olan kişi və qadından
bir-birinin cəlbediciliyini qiymətləndirmək xahiş edilib. Sorğu gizli
keçirilib. Həm evli, həm də subay kişilər rəfiqələri seksual cəlbedici
hesab ediblər və onlarla görüşmək istədiklərini bildiriblər. Bundan
əlavə kişilər elə hesab ediblər ki, qadın dostlarının da onlara qarşı
seksual hissləri var. Amma bu həqiqətə uyğun olmayıb. Qadınlar bu barədə
ümumiyyətlə, düşünmədiklərini deyiblər.



Evli olmayan qadınlar həqiqətən də dostlarına qarşı seksual hisslər
keçiriblər, amma evli və ya sevgilisi olanlar bunu heç ağıllarından
keçirmədiklərini bildiriblər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!