Üz ifadələri

Üz ifadələri
Maraqlı məlumatlar
10.09.2017 14
Bir insan doğru,seçilmiş sözlərdən istifadə edə bilər;özü də bunu sizi xoşbəxt edəcək,kefinizi açacaq zərif,incə bir tonla edər hətda,lakin üz ifadəsi dedikləri ilə uyğun gəlmirsə,bu zaman köməyə ehtiyacınız var.
'Nə düşündüyünü Bilirəm' adlı kitabda müxtəlif üz ifadələrinin nə mənaya gəldiyi sıralanıb və insanların üz dili vasitəsi ilə hisslərini necə çatdırabildikləri izah edilir.Buyrun onlardan bəziləri...



1.Aldadıcı gülümsəmə:
Sizə gülümsəyən bir insanın göz kənarlarında bir qırışıqlıq ya da alın hissəsində bir hərəkət yoxdursa bu,saxta aldadıcı bir gülümsəmədir.O anda nə qədər xoşbəxt olduğunu söyləyən birinin əslində heç də xoşbəxt olmadığının ən əhəmiyyətli göstəricisidir.



2.Həddindən artıq göz qırpmaq:
Həddindən artıq göz qırpmaq,əsəbilik və ya etibarsızlıq forması ola bilər.İnsan həqiqəti danışmadığı zaman ya da özünə inanılmadığı mövzusunda narahat olduğunda meydana gəlir.



3.Baxışları qaçırmaq:
Qarşınızdakı adam sizə birbaşa baxmırsa,tamamilə səhv bir şeylər var deməkdi.Bir adam sizdən xoşlanmadığı zaman,sizinlə maraqlanmadığı zaman,sizdən qorxduğuna görə sizinlə göz təmasından qaçır.Yalan danışan insanlar da baxışlarını qaçırır.Realdakim olduqlarının bilinməsini istəməyən insanlar da birbaşa baxmaqdan qaçırlar.



4.Qaşların ifadəsi:
Bir adamın sizdən xoşlandığını və əksinə olduğunu bilmək istəyirsinizsə qaşlarını təqib edin.Biri ilə ilk dəfə tanış olmusunuzsa və sizə gülümsəyirsə,qaşları avtomatik olaraq böyük bir sürətlə qalxıb enəcək.Yəni tez qalxacaq sonra köhnə halına dönəcək.Bu üz ifadəsi yalnız bir dəfə olur və buna daim bir gülümsəmə yoldaşlıq edir.



5.Gərgin təbəssüm:
Dodaqları gərgin şəkildə gülümsəyən kəslər həqiqi hisslərini göstərmirlər deməkdir."Ondan narahat olma"ya da "Heç əhəmiyyəti yoxdur" deyərkən bu üz jestini nümayiş etdirən hər hansı bir adam sizə tam əksini söyləyir.Həqiqətdə bir problem var və narahat olmalısınız..



6.Udqunma:
Biri ilə yeni tanış olduğunuz zaman ya da birinə başınıza gəlmiş gözəl bir şeyi danışdığınızda, boynuna baxın.Dediyiniz şey haqqında o adamın əslində nə hiss etdiyini aşkar edəcək.Gərgin bir gülücük,donuq gözlər və cansız bir səsin yoldaşlıq etdiyi sərt bir udqunma dodaqlarından tökülən sözlər nə olursa olsun o adamın əslində vəziyyətdən heç xoşlanmadığının açıq işarəsidir.Udqunma qısqanclığın da göstəricisidir.



7.Əl ilə ağızın bağlanması:
Böyüklər danışarkən bir əlini ağzına qoyur və ya dodaqlarına toxunursa,böyük ehtimalla həqiqəti söyləmir .Birinin söylədiyiniz şeydən xoşu gəlib gəlmədiyini təyin etmək üçün işarə barmağını dodağına aparıb aparmadığına baxın.Şüuraltında səssizcə sizi susdurur.



8.Yanaqlar:
Birinin insanı sayıb saymadığını,sizə düşmən kimi və ya şübhə oyandıran hisslərlə baxdığını bilmək istəyirsinizsə onun yanaqlarını müşahidə edin.Məsələn əyri bir gülümsəmə kimi bir ifadəsi varsa,o adamın sizi vecinə almadığını,özündən aşağı gördüyü mənasını verir.Yanaqları ovuşdurmaq isə qarşınızdakı adamın dediyiniz şeydən şübhə etdiyini göstərən bir jestdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!