su haqinda

su haqinda
Maraqlı məlumatlar
10.09.2017 75
Su insanın qida və məişət ehtiyaclarının təmin olunmasında mühüm əhəmiyyətə malik olan maddədir.Su insan bədəninin bütün maye və toxuma tərkibinə daxil olub,orqanizmin təxminən 65%-ni təşkil edir.Insan qidasız bir ay ,susuz isə cəmi bir necə gün yaşaya bilər.
Su orqanizmin həyat fəaliyyəti üçün lazım olan üzvi və mineral maddələri həll edir tərkibində olan duz ,turşu və qələviləri elektrotermik dissosiasiyaya uğradırorqanizmdə müxtəlif maddələr mübadiləsi prosesində katalizator rolunu oynayır ,həmçinin mübadilənin zərərli maddələrini orqanizmdən kənar edir.Insanın suya olan fizioloji təlabatı iqlim şəraitindən ,yaşından və insanın fəaliyyət xarakterindən asılı olaraq sutkada 2,5 litrə qədərdir.

Qida maddələrinin tərkibində suyun miqdarı müxtəlifdir.məs.,tərəvəzdə suyun miqdarı 75-96% meyvə və gilə meyvələrdə 74-89% müxtəlif növ çörəklərdə 34-47% ,süddə 88,5-91,4% ,xamada 63,6-82,7 % kəsmikdə 64,4-77,7%-dir.Istifadə olunan su epidemioloji cəhətdən təhlükəsiz olmalıdır.Sudan mətbəxdə həm təmizliyi təmin etmək üçün ,həm içki kimi ,həm də içkilərin və xörəklərin hazırlanmasında istifadə edilir.Süfrəyə adi sudan başqa ,mədən suları və meyvə suları da verilir.Azərbaycanda ta qədimdən bəri suya çox böyük diqqət yetirilir.içmək üçün əsasən bulaq suyu ,kəhriz suyu işlədilir.Sular məişətdə su daşından süzülüb içilir.Su daşının içərisinə söyüd ağacı çubuqları və ya gümüş əşya da salırlar. Bu da suyu mikroblardan azad edir.Elə bu məqsədlədə arxların,çayların kənarında söyüd ağacı əkirlər. 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!