Utancaqlığa çarə....

Utancaqlığa çarə....
Maraqlı məlumatlar
10.09.2017 36
Utancaq insanlardakı 4 əsas inanc;
1- Bir ictimai yığıncaqda uzun müddət dayanıb gözləsəniz, yaxşı bir şey olar.
Bu inanc söhbət başlatmaq qorxusuyla inkişaf edir. Halbuki, iki adamın tanış olması ya da danışması üçün ən az bir adamın səy göstərməsi lazımdır.
2- Digər insanlar ictimai fəaliyyətlərə dəvət edildikləri üçün şanslıdır.
Çox səhvdir. Tam tərsi bu bir şans işi deyil. İctimai olaraq aktiv olan insanlar, başqaları ilə tanış olmaq və onlarla zaman keçirmək üçün səy göstərərlər, klublara üzv olarlar, başqalarını bir şeylər etmək üçün dəvət edərlər, virtual həyatla realı vəhdətdə tutarlar
3- Harada olarsam-olum, sosiallaşa bilmə imkanım həmişə eyni olacaq.Bu səy göstərməmək üçün başqa bir bəhanədir. Halbuki bir çox ictimai klubun insanları bir araya gətirmək kimi bir funksiyası vardır. Fəaliyyətlərinə qatıldığınız zaman özünüzü bəziləriylə birlikdə bir şeylər edərkən görəcəksiniz.
4- Biri mənə qarşı diqqətsiz görünürsə, o qəti məni sevmir və heç bir zaman sevməyəcək.
Bu inanc boş yerə özünüzü insanlardan çəkmənizə və tək hiss etmənizə gətirib çıxarar. Biri sizinlə maraqlanmırsa bu sizi sevmir mənasını verməz. Sevgi zaman istər və bir şeylər paylaşdıqca yetişir.
Əslində bu bəhanələrin hamısı insanın özünə qarşı özünəinamı olmamasındadır!!!
Utancaqlığı məğlub etmək üçün ilk addımlar:
İctimai bir mühitə girincə hər kəs bir az çəkingənlik yaşayar, bu səbəblə bir şeyləri başlatmadan əvvəl tamamilə rahatlamağı gözləyə bilmərik.
Olmadığım biri kimi davranmağa ehtiyac yoxdur. Bu məni daha da narahat edər.
Başqalarının məni çox mərhəmətsiz tənqid edəcəyini düşünürəm. Gerçəkdə özümə qarşı mərhəmətsiz olan mənəm.
İctimai bacarıqları çox inkişaf etmiş kəslər də hər vaxt % 100 müvəffəqiyyətli deyildirlər. Bu səbəblə təsir gücüm istədiyim kimi yaxşı olmazsa çox kədərlənməməliyəm.
Yoxlayın, mütləq utancaqlıqdan az da olsa uzaqlaşacaqsınız...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!