Balaca biçarə: 12 yaşında qocaldı!

Balaca biçarə: 12 yaşında qocaldı!
Maraqlı məlumatlar
10.09.2017 70
 
 
Cənubi Afrika Respublikasında dünya tarixində ilk dəfə olaraq progeriya xəstəsi olan qaradərili aşkarlanıb.Progeriya insan orqanizmində sürətlə qocalmaya səbəb olan həddən ziyadə nadir genetik xəstəlikdir.
MSNBC-yə istinadən bildirir ki, ABŞ-ın Massaçusets ştatında yerləşən Progeriya Tədqiqatları Fondu (Progeria Research Foundation) iki il davam edən axtarışlar nəticəsində 5 qitədə 80 pasiyent uşaq tapıb. Fondun icraçı direktoru Odri Qordonun dediyinə görə, CAR-ın Yohannesburq şəhərinin yaxınlığında yerləşən Hebron şəhərində yaşayan 12 yaşlı Ontalemetse Falatse (Ontlametse Phalatse) həmin xəstələr arasında yeganə qaradərilidir.
Uşaq ikən qocalan qızın anası Bellon Falatsenin (Bellon Phalatse) dediyinə görə, Ontalemetse doğulanda normal ətsir bağışqlayırdı: "Lakin qızım üç aylıq olanda dərisində qəribə səpmələr peyda oldu. Sonra dəri və dırnaqları qoca qarını xatırlamağa başladı, saçları da töküldü".
Qızının uşaq ikən qocaldığını görən ata ailəni Ontalemetse 3 yaşında olanda qoyub gedib. İndi işsiz Bellonla qızı əlillik müavinətinin hesabına yaşayırlar.
Xəstəliyinə rəğmən, Falatse məktəbdə oxuyur. Amma müəllimlər və sinif yoldaşları ona yaxın durmur, qızın xəstəliyinin səbəbinin QİÇS olduğunu düşünürlər.
İndi hər yay tətilində Falatse müayinə və eksperimental müalicə üçün ABŞ-a aparılır.Bütün xərcləri "Progeria Research Foundation" ödəyir.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!