Alt geyimlərinin ömrünü necə uzatmaq olar?

Alt geyimlərinin ömrünü necə uzatmaq olar?
Maraqlı məlumatlar
10.09.2017 7
Alt
geyimlərinin forması tez korlanır və bir neçə dəfə geyindikdən sonra
materialı xarab olursa, bir yerdə səhv edirsiniz. Alt geyimlərini uzun
müddət istifadə etmək üçün tövsiyələrimizə qulaq asın. 




Bir
neçə istifadədən sonra alt geyimlərinin qəlibinin tez korlandığını
düşünürsünüzsə, onlarla yaxşı davranmadığınızı deyə bilərik. Amma kiçik
məsləhətlərə əməl edərək həm alt geyiminlərinin bədənə rahat oturmasını
təmin edə, həm də ömürlərini uzada bilərsiniz. 




Düzgün materialı seçin! – Süzülən likralı parçalar cəbzedici ola bilər. Lakin ilk gündən
yırtılma və süzülmə ehtimallarını da nəzərə almasınız. Alt geyimlərini
uzun müddət istifadə etmək istəyirsinizsə, pambıqlı və tikişlərin möhkəm
olmasına diqqət edin.



Tüllü alt geyimlərinin
istifadəsi pambıqla müqayisədə daha çox zəhmət və diqqət tələb edir.
Tüllü alt geyimlərini hər zaman soyuq suda və əllə yumağı tövsiyə
edirik. Keyfiyyətli alt geyimlərinin daha uzun müddət istifadə edə
biləcəyinizi də unutmayın. Buna görə də xəsislik etməyin.



Büsqalterləri yaxşı saxlayın! – Büsqalterləri qarşıq şəkildə dolaba yerləşdirsəniz, tez korlanar və
formasını  itirər. Qulpları arxa-arxaya dayanan formada dolaba yığmaq,
ilk günkü formasını qorumağa kömək edəcək. 



Büsqalterləri tez-tez yumayın!
Büsqalterləri hər istifadədən sonra yumağa gərək yoxdur. Onsuz da hər
gün duş qəbul edirsiniz. Busqalterləri 3-4 dəfə geyindikdən sonra
yusanız, onların uzun müddət yaxşı qalmasını təmin edərsiniz.



Büsqalterləri
əllə yuduqda suyun otaq temperaturunda olmasına fikir verin. Yumazdan
əvvəl yumşalmaları üçün 30 dəqiqə sabunlu və ilıq suda saxlaya
bilərsiniz. Yuduqdan sonra suyu ehmalca əlinizlə sıxın və mütləq düz
formada sərib qurudun.



Büsqalterləri yuyarkən yuma topundan istifadə edin – Büsqalterinizi paltaryuyan maşında yuyanda mütləq soyuq su istifadə
edin. Mümkündürsə, büsqalteri yuma topuna qoyun və bağlamağı unutmayın.
Açıq qalsa, yuma topu başqa paltarlara ilişər və onlara zərər verə
bilər. 



Hər gün eyni büsqalteri geyinməyin! – Eyni büsqalteri hər gün geyinməklə ömrünü qısaltdığınızı unutmayın.
Çünki tər büsqalteri korlayır. Eyni alt geyimini də 2, 3 gündən bir
geyinmək daha məntiqlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!