Zövqsüzlüyün 10 əlaməti

Zövqsüzlüyün 10 əlaməti
Maraqlı məlumatlar
10.09.2017 36
 

Zövqlə geyinmək üçün milyonlara sahib olmaq vacib deyil. Bəs zövqsüz qadını digərlərindən necə ayırd etmək lazımdır?! Bu qaydalar sizə zövqsüz qadını yanılmadan seçməyə kömək edəcək.Bədən ölçülərinə uyğun olmayan geyim Dar və qısa paltarlar kök qadının əynində çox pis görsənir. Unutmayın ki, köndələninə zolaqlı paltar bədən ölçülərini daha böyük, uzununa zolaqlar isə əksinə bədəni yığcam göstərir. Əgər çiyinləriniz enlidirsə, dəblə ayaqlaşıb enli çiyinli paltarlar geyinməyin, dar çanağı isə sıx paltarlarla daha da darlaşdırmayın. Rəng uyğunsuzluğu Göy, bənövşəyi, sarı, yasəmən rəngi, həm də bir paltarda - bundan daha zövqsüz bir şey tapa bilməzsiz. Rəngləri düzgün seçmək bir elmdir. Onlar bir-birilə ahəng təşkil etməli və çox nəzərə çarpan olmamalıdır. Göy qurşağı Rəngli geyimlər dəbdədir. Ancaq bir paltarda üçdən artıq rəng olmamalıdır. "Nə qədər parlaq olsa, bir o qədər yaxşıdır" deyimi zövqün olmamasının əsas əlamətidir. Böyük ölçülü geyimlər Gen, əyindən"tökülən" geyimlər də dar geyimlər kimi səliqəsiz gorünür və qadının xarici görkəminə mənfi təsir göstərir. Əgər siz kökəlib və ya arıqlamısızsa, mütləq qarderobunuzu dəyişin. Alt paltarların görünməsi Ətrafdakılara alt paltarı nümayiş etmək zövqsüz olmağın ən qabarıq əlamətidir. Zövqlü qadınlar alt paltarın iplərini gizlətməli, geyiminə uyğun rəngdə geyinməlidir. Həddən artıq qısa ətəklər Qısa ətəklər istirahət üçün yararlıdır. Ancaq işdə və ya küçədə geymək üçün heç yaramır. Bədən ölçuləriniz imkan versə belə, çox qısa geyimlərlə həvəs göstərmək lazim deyil. Onlar heç vaxt zövq əlaməti olmayıb. Ayaqqabı, paltar və aksessuarların eyni rəngdə olması Qırmızı paltar, qırmızı ayaqqabı, qırmızı çanta - bu cür seçim pis zövqə dəlalət edir. Parlaq paltarla mütləq neytral ayaqqabı və ya əksinə parlaq ayaqqabı ilə neytral paltar geyinmək məsləhət görülür. Yadda saxlayın,eyni rəngdə ayaqqabı və çanta dəbi keçən əsrdə qaldı. Şəkilli geyimlər Çox şəkilli paltarlar geyinməkdən qaçın. Əgər ətək dama-damadırsa, o zaman köynək bir tonda olmalıdı. Və yaxud da əksinə Parlaq görsənmək işıldamaq demək deyil Parıltılar, parlaq zinət əşyaları dəblə ayaqlaşmaq istəyən qadınların seçimi deyil. Qızılı və ya gümüşü rəngləri solğun rənglərlə uyğunlaşdırmaq lazımdır. Birinin parlaq olması, parlaq çanta və yaxud da ayaqqabının parlaq olması kifayət edir. Zinət əşyalarının bolluğu Bütün zinət əşyalarını eyni anda taxmaq pis zövqün daha bir əlamətidir. Yadda saxlayın, üçdən artıq bəzək əşyası taxmaq sizi zövqsüz qadınlar sırasına salacaq.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!