Bakirəliyi pozan idman

Bakirəliyi pozan idman
Maraqlı məlumatlar
10.09.2017 34
Piylənmədən çıxış yolu idmandır
Səudiyyə Ərəbistanı. Ölkənin şahzadəsi Adilənin qızlara bədən tərbiyəsi dərslərinin keçilməsi təklifi ciddi etirazla qarşılanıb. Lakin radikal dindarlar Kral Abdullanın qızının bu təklifinə qarşı çıxıblar. Piylənmə səviyyəsinin 51 faizə çatdığı ölkənin şahzadəsi bildirib ki, uşaqlar idmanla məşğul olmur. Onun fikrincə, qızlara idman dərsinin keçilməsi vacibdir. Təhsil Nazirliyi təkliflə əlaqədar araşdırmalara başlayıb. Kral ailəsinin nüfuzlu üzvlərindən biri, Məkkənin valisi şahzadə Xalid əl Faysal məktəblərdən birində olarkən 8 yaşlı bir qız ona "Mən də qardaşlarım kimi məktəbdə idmanla məşğul olmaq istəyirəm" deyib. Şahzadə isə uşağa söz verib ki, bu arzusu yerinə yetiriləcək.Şeyx Əbdül Kərim əl Kudeyrin rəhbərlik etdiyi radikal imamlar isə şahzadələrin təşəbbüsünün əleyhinə çıxış ediblər. Onların fikrincə, yalnız əxlaqsız qadınlar idmanla məşğul olar: "Bakirə qızlar idman zamanı etdikləri hərəkətlər nəticəsində bəkarətlərini itirə bilərlər. Onlar bunu gələcək ərlərinə necə izah edəcəklər?". Radikal din adamları hesab edirlər ki, ən yaxşısı qızların evdə oturmasıdır. İmamların etirazından sonra Təhsil Nazirliyi də mövqeyini dəyişib və məktəblərdə qızlara bədən tərbiyəsi dərslərinin keçilməsinin qəti qadağan edilməsi barədə açıqlama yayıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!