Kişilər, ayılın: dünya dişiləşir...

Kişilər, ayılın: dünya dişiləşir...
Maraqlı məlumatlar
10.09.2017 37
III Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Konqresində şok açıqlama yayılıb. Alimlərin dediklərinə görə, son illər dünya sürətlə dişiləşir. İş o yerə çatıb ki, Avropa ölkələrində və ABŞ-da, xüsusilə də İngiltərə və Yaponiyada indi ən çox reallaşdırılan plastik cərrahiyyə əməliyyatı kişilərdə döşlərin kiçildilməsidir.
"Milliyet"ə istinadən bildirir ki, London İmperial Kollecinin Xərçəng Xəstəlikləri Tədqiqatları Mərkəzinin rəhbəri, professor Mustafa Bilgin Əli Camgöz çıxışında bildirib ki, dünya miqyasında kişilər arasında qadınlaşma meyllərinə tutulanların sayı sürətlə artır.
"Biz bunu "dişiləşmə", yəni kişilərin məhz kişiyə məxsus olan davranış modelindən uzaqlaşaraq qadınlaşması prosesi adlandırırıq. Ötən əsrin əvvəllərindəki kişilərlə müqayisədə, indiki kişilər arasında nərmənazik, kosmetikadan və masajdan çox istifadə edən, habelə onunla eyni cinsdən olanlara "mehr" salanların sayı artır. Baş verənləri mənəvi-sosial fəlakət də saymaq olar. Ona görə də əsl kişiləri ayılmağa, dünyanı dişiləşdirən həmcinslərinin davranışlarını görməyə çağırıram", - Əli Camgöz deyib.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!