Qəlbimizin pəncərəsi

Qəlbimizin pəncərəsi
Maraqlı məlumatlar
10.09.2017 20
Gənc bir ailə yeni aldıqları evə köçürlər. Səhər yeməyi zamanı, qonşunun paltar asdığını görən qadın yoldaşına:

- "Bax, paltarlar yetərincə təmiz deyil, ya yumağı bilmir, ya da doğru sabundan istifadə etmir" deyir.

Yoldaşı xanımına baxır, heç bir şey söyləmədən yeməyinə davam edir. Xanım qonşusunun paltar asdığını gördüyü hər sabah eyni şərhi etməyə davam edir. Təxminən bir ay sonra, bir səhər qonşusunun paltarlarının tərtəmiz olduğunu görən xanım çox təəccüblənir və yoldaşına:

- "Axır ki, paltar yumağı öyrəndi, çox maraqlıdır, kim öyrətdi, görəsən?" deyir. Uzun-uzun xanımına baxan bəy:

- "Mən bu sabah bir az tez oyanıb pəncərəmizi sildim" - deyə cavab verir. "



Həyat da belədir... Başqalarını izliyərkən, onlara baxarkən gördüklərimiz - baxdığımız pəncərənin nə qədər təmiz olduğuna bağlıdır. Kimisə tənqid etmədən və dərhal ittihama keçmədən öncə birinci öz qəlbimizə (pəncərəmizə) baxmaq lazımdır..........скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!