"Twitter"də biabır olmuş arvad: "Boyunu yerə soxum, belə ər!"

Maraqlı məlumatlar
10.09.2017 39
ABŞ-ın ən məşhur idman şərhçilərindən biri elə biabır olub ki, gizlənməyə yer axtarır.
"Talksport" proqramının müəllifi və aparıcısı Sem Metterfeys bir həftədir ki, işə çıxmır. Onun dediyinə görə, çox utanır və kimsənin gözünə görünmək istəmir.Səbəb isə onun arvadına, "Sky Sports News"un tanınmış aparıcısı Natali Soyerə "Twitter" mikrobloqinq servisində yazdıqlarıdır.
Sem tanınmış və yaşlı insandır. 126 kq çəkisi, 61 yaşı var. Və o, arvadını çox sevir. Üstəlik, "Twitter" mikrobloqinq servisində də akkauntunun minlərlə oxucusu var.Fəqət, Sem "Twitter" incəliklərini, daha doğrusu, bu servisdə məlumat və ya ismarıc yazmağın qaydalarını bilmir.
Buna rəğmən, srağagün Sem dayı arvadı Nataliyə "Twitter"də sevgi etirafı yazmaq və həmin etirafı yalnız arvadı ilə özünün oxuyacağı qapalı mesaj şəklində yollamaq qərarına gəlir.
"Ah, Natali! Səni, bədənini, sinəni və başqa yerlərini necə sevirəm. Sən mənim sevgili, gecələr atılıb-düşən arvadımsan" kəlmələrini yazandan sonra Sem dayı həmin mesajı yollayıb.
Amma az sonra akkauntuna baxanda mesajının minlərlə insan tərəfindən şərh olunduğunu görərək şoka düşüb.Sən demə, "Twitter"dən yaxşı başı çıxmayan Sem Metterfeys arvadına ünvanladığı bu kəlmələri qapalı mesaj yox, açıq status kimi yerləşdirib və yazılanları da hamı oxuyub.
Arvadının Semə cavabı isə çox sərt olub: "Boyunu yerə soxum, belə ər! Biabır etdin məni!"
Daha sonra isə Natali Soyer "Twitter"də üzr istəyib: "Bizi bağışlayın! Ərim nə etdiyini bilməyib".
Sem Metterfeys də üzrxahlıq edib: "Hamıdan üzr istəyirəm. Aman Tanrım, mən axmağam, idiotam! Arvadım məni ələ salıb gülür, mən isə çuğundur kimi qızarmışam. Başımı soxmağa yer axtarıram".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!