Bəxtin bağlanmasını necə aradan qaldırmaq olar?

Bəxtin bağlanmasını necə aradan qaldırmaq olar?
Maraqlı məlumatlar
10.09.2017 37
Bunun üçün "Fələq” və "Nas” surələrini çoxlu oxumaq lazımdır



Bəxti
bağlamaq, sehr və cadu - həqiqətdə mövcud olan məsələlərdəndir.
Əlbəttə, bunları öyrənmək və öyrətmək haramdır. Ancaq onu nəzərə almaq
lazımdır ki, məsələn qıza elçi gəlməyən zaman onu bəxti bağlamaqla
əlaqələndirmək düz deyildir.



İkincisi də hər kəs sehrbaz və ya cadugər ola bilməz. Bu işlə məşğul
olanların çoxu kələkbazlardır. Necə ki, hər kəs həkim olduğunu iddia edə
bilməz, eləcə də hər kəs sehrbaz ola bilməz.



Ancaq fərz edək ki, bir qıza qarşı sehr və cadu edilmişdir, onu necə məhv etmək olar?



1. Allaha dua edib, Ondan kömək diləmək.

2. "Fələq” və "Nas” surələrini çoxlu oxumaq.

3. "Yunus” surəsinin 75-82 ayələrini yazıb oxumaq.

4. Allaha təvəkkül etmək.

5. Allahın həqiqi övliyalarından və alimlərindən dua etməsini istəmək.

6. Sədəqə vermək.

7. Mərhum Şeyx Abbas Qumi "Salehlərin qiyaməti” kitabında yazır: "Bəxti
açmaq üçün əvvəl "Fəth” surəsinin 1-2-ci ayəsini yazmaq, sonra "Rum”
21-ci ayəni yazmaq, sonra "Maidə” 23-cü ayəni yazmaq, sonra "Qəmər”
11-12-ci ayələri yazmaq, "Taha” 25-28-ci ayələri yazmaq, "Kəhf” 99-cu
ayəni yazmaq, "Tövbə” 128-129-cu ayələri yazmaq və bu yazıları həmin
şəxsin boynundan asmaq lazımdır”.



Siz Allahdan istəyin və bilin ki, hər şey Onun qüdrəti və iradəsi
altındadır. Siz istəyin, əgər Allah istəsə, bu duanızı qəbul edəcəkdir.
Ona təvəkkül etməyi heç vaxt yaddan çıxartmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!