Uşaqlıq deyib keçməyin

Uşaqlıq deyib keçməyin
Maraqlı məlumatlar
10.09.2017 35
Uşaqlıq deyib keçməyin, biz o zamanlar çox şey öyrənmişik. 
- Tom & Jerry cizgi filminin bitdiyini tam zənn edərkən, yenidən nərildəyən şiri görmək bizi həyatın xoş surprizlərinə hazırladı. 
- "Tapança-tapança” oynayardıq və heç zaman da bir-birimizə ölmədiyimizi, güllənin yan keçdiyini sübut edə bilməzdik. Bu bizə düşüncələrimiz uğruna mübarizə aparmağı öyrətdi. 
- Məhəllə futbolunda topu uzağa vurdunsa, ya da qonşunun həyətinə düşdüsə sən gedib gətirməli idin, beləliklə etdiyimiz səhvlərin nəticələrinə qatlanmağı öyrəndik. 
- Soyuducunun işığının nə zaman söndüyünü araşdırmağa başladıq, bu bizə kəşf etməyi öyrətdi. 
- "Alma desəm çıxarsan, armud desəm çıxmazsan” gizlənqaç oynundakı bu söhbət bizə ortaq sirləri öyrətdi. 
- Günəbaxan tumlarının bir miqdarını çırtlayıb kənara yığıb sonra hamısını birdən yemək bizə hər əziyyətin sonunda sürəcəyimiz keyfi öyrətdi. 
- Top çiləmək oyununda qarşı tərəfə "fora” vermək bizə zəifləri əzməməyi, onlara güzəştə getməyi öyrətdi. 
- Oyunlar oynarkən oynadığımız əşyaların sahibləri inciyərlərdisə oyun bitərdi. Bu bizə imkanın verdiyi səlahiyyətləri göstərdi. [b][/b]
İndiki uşaqlar bilməz bunları...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!