Öpüşmək haqqında hər şey

Öpüşmək haqqında hər şey
Maraqlı məlumatlar
10.09.2017 31
1. Bir birini öpüb sevgi andı vermək ənənəsi Rusiyada yaranıb.
2. İtaliyanın Reçione şəhərinin akvaparkında beynəlxalq öpüş
çempionatı keçirilir. Yarışmada dünyanın müxtəlif ölkələrindən
iştirakçılar gəlir və ən çox dayanmadan kim öpüşərsə pul mükafatı ilə
mükafatlandırılır. Onuda qeyd edim ki, öpüşən cütlüklər yarışmaya qədər bir-birilərini nə görmüş nədə ki, tanımış olurlar.
3. Öpüşün elmi adı – Filematologiyadır.
4. Əsl ehtiraslı öpüş insan beynində paraşütlə yüksəkliksən tullanan
və silahla atəş açan zaman yaranan kimyəvi reaksiya ilə tam eyni olur.
Yəni bu 3 proses insanda eyni hiss yaradır.
5. 42 yaşlı ukraynalı ilə 32 yaşlı özbəkistanlı xanım Dubay küçəsində
öpüşdükləri üçün hər birinə 1 000 dollar məbləğində cərimə yazılıb.
Xarici vətəndaş olduqları üçün İctimai asayışı pozduqlarına görə verilən
minimal cərimə ilə cəzalandırıldı. Əks halda hər biri 15 000 dollar
ödəməli idilər. Bundan əlavə cütlüyü şəhərin mərkəzində yerləşən
barların birində də cərimələyiblər. Belə ki, barın lisenziyası olmadığı
üçün orada spirtli içkilər içmək qəti qadağan idi. Buna görədə cütlük
daha 300 dollar ödəyiblər. Əslinə qalsa isə xarici vətəndaş hardan
bilməlidir ki getdiyi barın lisenziyası var ya yoxdur? Maraqlıdır..
6. Keçən il İtaliyada keçirilən öpüş çempionatının ən yadda qalan
cütlüyü fasiləsiz olaraq nə az nə çox 31 saat 18 dəqiqə 33 saniyə
öpüşüblər. Öpüşlərinin dayandırılmasına səbəb 37 yaşlı Andrea Sartinin
halının xarab olması idi. Halsız vəziyyətə düşən Andreaya götərilən
təcili yardımdan bir saat sonra özünə gələ bilib. Nişanlısının
vəziyyətinin dəyişməsinə heyfslənən 30 yaşlı Anna Chan toyları üçün
çatışmayan 12 700 dolları qazanmaq ümidi ilə yarışmaya qatıldıqlarını
söyləmişdir.

Ah bu kişilər yenə də qadınları yarıyolda qoydular
7. Mozambiklilər öpüşmürlər. Onlar öpüşü iyrənc hesab edirlər.
8. 1933-cü ildən bəri İtaliyada sərnişin və sürücü ilə öpüşməyin qadağan olduğu barədə qanun qəbul edilib.
9. Qədim Romalılar salamlaşarkən bir birilərinin gözlərindən
öpürdülər. Bir çox millətlərin inanclarına görə isə gözlərdən öpmək
ayrılıq gətirir.
10. Dünya əhalisinin 50%-i 14 yaşına çatmamış öpüşmüş olurlar.
11. Öpüş haqqında maraqlı bir teoriyanı Platon ortaya çıxarmışdır.
Onun dediyinə görə İnsan əvvəllər yumru şar şəklində idi. Bu şar həm
kişi həmdə qadın obrazını özündə birləşdirirdi. Bir gün Zevs insanın
lovğalığına əsəbləşərək kişi ilə qadının
bir birindən ayırmışdır. Və Platonun sözlərinə görə kişi ilə qadın
yalnız öpüş zamanı yenidən həmənki şar formasında birləşə bilirlər.
12. Öpüş antistress effektinə malik olur, əsəbləri sakitləşdirərək əhval ruhiyyəni yüksəldir.
13. Öz vətənində məhşur Fransız öpüşü- Ruhların qovuşması adlanır. Və bu öpüşün iki variantı mövcuddur.
14. İnsanların 66% öpüşərkən gözlərini yumurlar. Bu psixoloji
refleksdir. Qalan 34% əhali isə sevgilisinin üzünə baxaraq gözü açıq
şəkildə zövq alır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!