Qonşularla necə yola getmək olar?

Qonşularla necə yola getmək olar?
Maraqlı məlumatlar
10.09.2017 17
İnsanların müxtəlif dövrlərdə qoşuları ilə problemləri yaranır. Bu
problemlər ən çox qonşunun sənin haqqında xoşagəlməz qeybəti zamanı və
ya qonşular öz zibillərini gətirib sənin evinin yanına tökdükləri zaman
baş verir. Qonşunun hər hansı hərəkətindən əsəbləşəndə nə etmək
lazımdır? Bu zaman bir çoxları qonşusuna müharibə edir, digərləri
neytrallıqlarını saxlayaraq zəhlətökən qonşusuna fikir vermir, başqa
qrup insanlar isə qonşusunun evinə gedərək yaranmış vəziyyətə aydınlıq
gətirib, onunla sülh bağlayır.
Qonşunun hər hansı hərəkətindən təngə gəldikdə onunla intriqaya girmək çıxış yolu deyil. Ola bilər ki, qonşun belə münaqişələrdə
təcrübəlidir və o, sənə qalib gələ bilər. Münaqişə zamanı qonşu sənə
elə bir həyati şərt qoya bilər ki, sən ona müharibə elan etdiyinə görə
peşman ola bilərsən. Müharibə elan etdikdən sonra geri çəkilmək də çox
çətindir. "Peşəkar rüsvayçı” ya, yəni qonşuya fikir verməsən daha yaxşı
olar. Ona heç yaramaz hərəkətlərinə görə hörmətsizlik nümunələri də
göstərmə. Ondan uzaq gəz. Qonşunun xoşagəlməz hərəkətlərini ürəyinə
yaxın qoyma. Bu zaman qonşun sənin nə qədər möhkəm iradəli olduğunu
görüb səni dinc buraxacaq. O, sonra sinir sistemi zəif olan digər
qonşuyla intriqaya başlayacaq.
Qonşularla mehriban ol. Özünü qiymətləndir və qonşularının səninlə
pis rəftar etməsinə imkan vermə. Qonşuları görəndə onlarla hal-əhval
tut. Qoca qonşulara evinin qapılarını aç. Axşamlar televizora yüksək
səslə baxma. Bu qonşuların narahatlığa səbəb ola bilər. Münasibətlərin
pis olan qonşu ilə hər  şeyi yoluna qoymağa çalış. Bəzən insan
ətrafdakılar tərəfindən düzgün başa düşülməyə bilər. Məhz buna görə də
qonşularının sənin barəndə pis fikirləşmələrinə imkan vermə. Sənin gözəl
geyiminə, yaxşı boyanmış və kəsilmiş saç düzümünə
görə də qonşuluqda yaşayan qoca qarılar xoşagəlməz qeybətlər edə
bilərlər. Ona görə də onları görəndə onlarla görüşməyi unutmayın.
Beləliklə, siz qarıları fikirlərindən yayındıra bilərsiniz. Onlar əmin
olarlar ki, siz sözün əsil mənasında yaxşı qonşusunuz.
Qonşulara da diqqət ayırmaq lazımdır. Yeri gəldikdə onlara müəyyən
işlərdə köməklik edin. Səninlə bir küçədə və ya eyni binada yaşayan
qonşuların adlarını yadda saxlamaq isə özlüyündə yaxşı keyfiyyətdir.
Onlara adları ilə müraciət etməyi unutma. Qonşularla yaş və maraq
fərqinə varmadan onlarla söhbət üçün ümumi bir mövzu tap. Onlarla
müxtəlif peşələr, mağazalar və orada satılanlar haqqında, eləcə də
şəhərin maraqlı yerləri barəsində söhbətlər edib, fikirlərinizi bölüşün.
Söhbətlər üçün maraqlı mövzu tap və bu mövzuda fikirlərinizi bölüşmək
üçün birinci addımı atmağa çəkinməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!