Mörfi qanunları

Mörfi qanunları
Maraqlı məlumatlar
10.09.2017 39
Amerikalı mühəndis Edvard A. Mörfinin qanunlarından xəbərdar
olmayan yoxdur. Adını ilk dəfə eşitmiş olsanız belə, bu qanunları oxuyanda mütləq
barmağınızı dişləyəcəksiniz. Məsələn, "Əlimizdən yerə düşən şeylər yuvarlanaraq
götürə biləcəyimiz ən çətin yerdə gedib dayanır”, "Yağlı çörək yerə düşsə, mütləq
yağ olan tərəfi yerə dəyir” və s. bizə tanış olan onlarla belə "həyat
qaydalarını” məhz Mörfi toplayaraq təqdim edib...
 
Mörfi kimdir?
Mühəndis Mörfi 1949-cu ildə raket texnikası sahəsində
sınaq apararkən cihazlardan birinin cüzi fərqlə səhv bağlanması bütün sistemi
pozub. Bu uğursuzluqdan sonra Edvard Mörfi öz qanunlarını yazmağa başlayıb.
Mörfinin təməl qanunlarından biri də elə bununla bağlıdır: "Bir işdə ki bir səhv
etmə ehtimalı var, deməli, bu ehtimal mütləq baş tutacaq”.
 
Mörfinin əsas qanunları:
Həyatda ən gözəl şeylər ya qanundan kənardır, ya əxlaqsızdır,
ya da kökəldəndir.
 
Qazdırsa, yol.
 
Ayağınıza olan ayaqqabı dükandakı ən görkəmsiz
ayaqqabıdır.
 
İmtahana hazırlaşdığınız vaxtlarda həmişə yuxunuz gələr,
imtahanlar bitəndən sonra yuxunuz ərşə çəkilər.
 
Siqaret tüstüsü həmişə siqaret çəkməyən adama tərəf
gedir.
 
Əlindəki quşa başının üstündəkindən daha çox inan.
 
Gözəllik dərinin altına qədər gedir, çirkinlik sümüyə qədər.
 
Yarışda sürətli, döyüşdə qüvvətli olan həmişə qazanmır,
amma sən yenə də onların tərəfini saxla.
 
Dostlar gəlib-gedir, düşmənlərsə yığışıb qalır.
 
Həll olunan hər problem yeni problemlər yaradır.
 
Tunelin sonundakı işıq, gələn qatarın işıqları ola bilər.
 
İşləməyən əşya təmirə gətiriləndə işləməyə başlayır.
 
Özündən daha çılğın biri ilə heç vaxt yatma.
 
Qorxma, sonsuzluq irsi deyil, uşağına keçməz.
 
Qısa yol – iki nöqtə arasındakı ən pis və uzun yoldur.
 
Dəqiqələrlə gözlədiyin avtobus siqaret yandıranda gəlib
çıxır.
 
Təmir vaxtı, mütləq əllərin yağlı olanda burnun qaşınır.
 
Biz nə qədər oxusaq da, müəllim oxumadığımız yerdən sual
verir.
 
Axtardığımız şeyi ən axrıncı baxdığımız yerdən tapırıq.
 
Mörfinin qızıl qaydası:
Qızıl kimdədirsə, qanunu da o yazır.
 
Mörfinin evlilik qanunları:
Evliliyə başlamaq bitirməkdən daha asandır və günahkar həmişə
tərəf müqabilinizdir.
 
Pul üçün evlənməyin. Yaxşı şərtlərlə borc verən minlərlə
yer tapa bilərsiniz.
 
Evlilik əyləncəli bir şey olsaydı, nikahı qeydiyyat idarəsinin
işçisi kəsməzdi.
 
Evli cütlüyün eyni mövzuda "bəli” dediyi yeganə yer nikah
stoludur.
 
Evlilik gözəl bir münasibəti bitirməyin ən qısa yoludur.
 
"Sevgi və evlilik – at və araba kimi birlikdə gedir”.
Axırıncı dəfə nə vaxt at arabası görmüsünüz?
 
Sevginin gözü kor ola bilər, amma evlilik insanın gözünü
açır.
 
Partnyorlardan birinci yuxuya gedən həmişə ən çox
xoruldayandır.
 
Nə vaxt və harda evlənməyinizi yadınıza sala bilərsiniz,
amma niyə evləndiyinizi əsla xatırlamazsınız.
 
Hər uğurlu kişinin arxasında ədəbsiz bir qayınana var. Hər
uğurlu qadının arxasında alçaldılmış bir kişi var.
 
Əlbəttə, televizorda 27863 seriyalı Braziliya
seriallarına baxanda "evliliyin yaxşı getdiyinə” inancınız artır.
 
Əgər kimsə həyat yoldaşınızı əlinizdən alsa, ona edəcəyiniz
ən böyük pislik birlikdə yaşamalarına icazə verməkdir.
 
Nağıllarda cütlüklər sevir, evlənir və ömürlərinin
axırınacan xoşbəxt yaşayırlar. Ona görə də onlara nağıl deyilir...
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!