Yubka meteorologiyası Dəlilərinə şükür ay Avropa =)

Yubka meteorologiyası Dəlilərinə şükür ay Avropa =)
Maraqlı məlumatlar
10.09.2017 34
Ebay” hərrac evinin Britaniya bölməsinin analitikləri belə bir qənaətə gəliblər ki, havadakı dəyişikliklərlə onlayn-resursa daxil olaraq yubka alan qadınların seçimləri arasında bağlılıq var. “The Dailu Mail” qəzetinin yazdığına görə, qadınların yubkalarının uzunluğu hava şəraitinə görə dəyişir. Belə ki, “Ebay”ın satdığı yubkaların uzunluğunu əsas tutaraq yaxın 3 gün üçün hava proqnozunu tam dəqiqliklə müəyyənləşdirmək mümkündür. Araşdırmalar göstərib ki, havaların istiləşməsi ərəfəsində gödək qadın yubkalarının satışı artır. Mülayimləşməyə doğru getdikcə isə qadınlar bir az ətəyi uzun yubkalara üstünlük verirlər.Belə ki, Britaniyada istilərin düşməsinə 1 həftə qalmış “Ebay” vasitəsilə satılan gödək yubkaların satışında 200 faiz artım qeydə alınıb. “Biz bunu “yubka meteorologiyası” adlandırırıq. Əgər siz yaxın 3 gündə havanın necə olacağını bilmək istəyirsinizsə, küçədə qızların hansı yubkalarda gəzdiklərinə nəzər salın”, – deyə şirkətin nümayəndəsi bildirir. Məncə bundan sonra kişiləri qadınların ayaqlarına baxdığı üçün qınamağa heç kəsin ixtiyarı yoxdur. Havaların necə olacağına baxırlar da.Sonra deyirlər Avropa belə gəldi, Avropa belə getdi..Bu da sizə Avropa..Dəlilərinə şükür ay Avropa =)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!