Yarıçılpaq gəlinlər

Yarıçılpaq gəlinlər
Maraqlı məlumatlar
10.09.2017 73
Hər bir xalq kimi, azərbaycanlıların da özünəməxsus toy
mədəniyyəti var. Amma son vaxtlar unudulan milli xüsusiyyətlərimiz və
adətlərimiz sırasına gəlinlik paltarlarını da aid etmək olar.

Bəzən gəlinlik seçərkən qızlar ən çox açıq-saçıq geyimlərə üstünlük
verirlər. Elə hallar olur ki, toya gələn qonaqlar gəlinlik libasında
əyləşən qıza tərəf baxmağa utanırlar. Toylarımızda geyimləri ilə bütün
qonaqların diqqətində olmağı bacaran gəlinlərdən söhbət açılacaq.
Ekspertlər: "Adət-ənənələrdə həm forma, həm də məzmun olmalıdır. Amma
məzmun daha önəmlidir. Dünyagörüş, milli-mənəvi dəyərlərə hörmət
olduqdan sonra övladlarımız öz geyimlərinə də, davranışlarına da fikir
verəcək. Bu gün toylarımızda qızların geydiyi gəlinliklər daha çox
diqqət çəkir. Onlar düşünmürlər ki, bu mərasimdə onlarla yanaşı
valideynləri və ağsaqqallar oturublar. Ən azından bu milli
mentalitetimizə uyğun deyil. Açıq-saçıq gəlinliklər qızlarımızı gözəl
göstərə bilər, amma bu onların hamı tərəfindən bəyənildiyinə dəlalət
etmir. Eyni zamanda, oğlanda qızı başa salmalıdır ki, belə gəlinlik
bizim üçün xoş görünə bilər, amma bura gələn insanlarda nəzərə
alınmalıdır. Həm də bu onların bir növ ailə tərbiyəsini göstərir. Mən
toylarda belə gəlinləri görəndə deyirəm ki, "buna bax ey, ayıb deyil
yaxasını-başını açıb qoyub çölə”. Amma bəzilər var ki, bunu çox normal
qarşılayır”. Etnoqraf: "Nişan üzüyü, duvaq, kəmər gəlin libasının mühüm
atributları olub, minilliklər boyu xalqın mənəvi rəmzlərini ifadə etmiş,
xalqın əxlaqi və mənəvi dəyərlərini özündə əks etdirib. Gəlin hər zaman
paklıq simvolu olub. Toy zamanı bütün nəzər-diqqət gəlinin üzərində
olduğu üçün onu hər zaman bədnəzərdən qorumağa çalışardılar.
Azərbaycanda gəlinin duvağı od, günəş rəmzi sayılan al qırmızı rəngdə
olmalı idi. Xalq inamına görə, bu rəng od-alov, günəş rəmzi olaraq,
bütün şər qüvvələri insandan uzaqlaşdıran, zərərsizləşdirən, qoruyucu
bir vasitə idi. Həmçinin gəlinin belinə qırmızı qurşaq və ya gümüş kəmər
bağlanması da bu ənənənin izləridir. Xalqın inamına görə gümüş də şər
qüvvələri dəf etmək gücünə sahibdir”. Etnoqraf onu da bildirdi ki,
qloballaşma şəraitində adət və ənənələr tədricən unudulmağa başlasa da,
xalqımızın mənəvi dünyasının mühüm bir parçası olan toy ənənələrinin
qorunub saxlanması zəruridir. Çünki bu adətlərimiz xalqımızın mənəvi
kimliyini əks etdirir. Bu baxımdan toy ənənələrimizin
bayağılaşdırılmasına yol verilməməlidir. Əgər gənclər öz birgə həyatını
xalqımızın qədim ənənəsi olan toy mərasimi ilə başlamaq istəyirlərsə,
düşünürəm ki, bu ənənəni bütün qayda-qanunlarına riayət etməlidirlər.
Şairə: "Bəzi qızlar toy ərəfəsində sadəcə geyinəcəyi gəlinliyi düşünür.
Amma mən deyərdim ki, onlar buna o qədərdə vaxt ayırmamalıdırlar. Hansı
gəlinlikdə özlərini daha rahat hiss edirlərsə, onu da seçib
geyinməlidirlər. Bu çox açıq və ya çox qapalı bir gəlinlikdə ola bilər. O
demək deyil ki, gəlin mütləq örtülü və ya açıq geyməlidir. Mən
uşaqlıqdan geyinəcəyim gəlinliyi gözümün önünə gətirərək, toyumda da
belə bir gəlinlik geyməyi xəyal edirdim. Və bu istəyimi də
reallaşdırdım. Məncə qızlar toyda kim nə deyər, mənim haqqımda necə
düşünər fikrindən uzaqlaşıb öz istədiyi və rahat ola biləcəyi gəlinliyi
geyməlidir. Çünki toy hər bir gəncin arzuladığı çox özəl bir gündür. Bu
gündə heç kimin onların şəxsi fikirlərinə müdaxilə etməyini istəməzdim.
Onu da deyim ki, hər zaman dəli-dolu olmuş, xaraktercə rahat olan bir
insan camaata görə qapalı geyinib ora çıxacaqsa bu da gülünc görünəcək.
Hər şey təbii olmalıdır, bu ömrümüzdə bir dəfə olursa ürəyimizdən keçəni
etməliyik. Toy insanın ən xoşbəxt günüdür bu zaman heç kimi düşünməmək
lazımdı. Mənə elə gəlir ki, valideynlərdə bu özəl günlərində onlara
müdaxilə etməsə daha yaxşı olar. Kim nə deyər, nə fikirləşər
düşüncəsindən uzaq olub sevdiyinlə bu gözəl günün sevincini
paylaşmalısan”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!