Bunda da bir xeyir var..

Bunda da bir xeyir var..
Maraqlı məlumatlar
10.09.2017 11
Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral uşaqlıq dostunu heç vaxt yanından ayırmazdı, hara getsə, onunla bir yerdə gedərdi. Dostunun qəribə bir xasiyyəti vardı. Nə iş olsa, "Bunda da bir xeyir var” – deyərdi. Bir gün kral dostu ilə ova çıxdı. Dostu tüfəngləri doldurub krala verir, o da ovunu nişan alırdı. Birdən necə oldusa, güllə arxaya açıldı və kralın baş barmağını qopardı. Dostu həmişəki kimi yenə "Bunda da bir xeyir var”, - dedi. Kralın bu sözə acığı tutdu. Həm ağrıdan, həm də qəzəbdən, "Sən hansı xeyirdən danışırsan? Görmürsən, barmağım qopdu? Daha bunun harası xeyirdir?” – deyə bağırdı. Bununla da qəzəbi soyumadı. Ovdan qayıdan kimi dostunu zindana atdı.



Bu hadisədən bir il keçdi. Bir gün kral adamyeyən bir qəbilənin yaşadığı meşəyə ova çıxdı. Kralın heç bir şeydən xəbəri yox idi. Çox keçmədi ki, adamyeyənlər onları tutub yaşadıqları qəbiləyə apardılar. Kəndin ortasında tonqal qurdular. Sonra onların tonqalın ortasındakı dirəyə bağladılar. Tonqala od vurmaq istəyirdilər ki, kralın bir barmağının şikəst olduğunu gördülər. Sən demə, bu qəbilədə şikəst adam yemək günah imiş. Ona görə də kralı açıb buraxdılar. Artıq hər şey məlum idi. Kral dostuna qarşı haqsızlıq etmişdi. Saraya qayıdan kimi dostunu zindandan azad etdi. Yanına gedib başına gələnləri ona danışdı və "Sən haqlıysanmış. Barmağımın qopmağında xeyir var imiş. Səni nahaq yerə zindanda saxladığım üçün məni bağışla”, - dedi. Dostu isə həmişəki kimi "Yox, bunda da bir xeyir var idi” – deyə cavab verdi. Kral, "Dostunu zindana salmaq nə vaxtdan xeyir oldu?” – deyərək heyrət dolu nəzərlərlə ona baxdı. Dostu isə halını pozmadan: "Əgər mən zindanda olmasaydım, səninlə birlikdə ova gedəcəkdim. Sonra da... sonrasını sən məndən yaxşı bilirsən” – dedi...



Unutmamalıyıq ki, hər bir uğursuzluğun özü də bir uğurdur..
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!