Arıqlamaq xoşbəxtliyin sinonimidir? [Müzakirə]

Arıqlamaq xoşbəxtliyin sinonimidir? [Müzakirə]
Maraqlı məlumatlar
10.09.2017 63
Zərif cinsin nümayəndələrinə nə qədər izah eləməyə çalışsan da ki, xarici görünüşün model parametrlərinə uyğun olmadığına görə kompleks yaşamaq lazım deyil, yenə də xeyri yoxdur. Hətta belə misallar da var: "Kişi it deyil ki, sümüyə cumsun", "Arıq inək hələ ceyran demək deyil"... və başqa onlarla misallar. Arıqlamağın xoşbəxtlik olduğu barədə fikirlər bir çox xanımların başından çıxmır. 
Qadınların çoxu kökəlməyi ən böyük fəlakət hesab edirlər. Misal üçün, "İşə qəbul etmirlər, çünki həddən artıq kökdür", "Kök olduğuma görə ərə də gedə bilmirəm" kimi fikirlər xanımların başından çıxmır. Zərif cinsin nümayəndələri arıqlamaq üçün minlərlə üsula əl atırlar ki, özlərini "xoşbəxt" edə bilsinlər. 
Maraqlıdır, görəsən, 5,10, 20 və hətta 40 kiloqram çəki atmağı bacaran adamlar artıq xoşbəxtdirlərmi? Kimsə bundan sonra işə düzəlib? Ya da işə götürən anlayıbmı ki, artıq çəkilər insanın əmək qabiliyyətinə mane olur? Ya da kişilər həmin qadınlara daha çox diqqət yetirirlər? 
Əksinə, arıqlamaqla, qadın özünəməxsus olan hansısa cəhəti itirə bilir. 
Bəs siz necə düşünürsünüz?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!