Ədviyyatlar və ətirli otlar haqqında...

Ədviyyatlar və ətirli otlar haqqında...
Maraqlı məlumatlar
10.09.2017 41
 Ədviyyatlardan
"daha səmərəli” istifadə etmək üçün mümkün qədər toz şəklində yox, toxum şəklində
alın. Əgər ədviyyatı 6 ay və daha çox saxlayacaqsınızsa, aldıqdan sonra plastik
torbaya qoyun və soyuducuda saxlayın.
Təzə
nanə, şüyüd və reyhan kimi otlardan uzun müddət istifadə etmək üçün xırda-xırda
doğrayın və paylara ayıraraq, dərin dondurucuda dondurun (alüminium folqaya bükərək).
Reyhandan
kəklikotu əvəzinə də istifadə etmək mümkündür.
Nanə,
şüyüd və reyhan kimi otları doğramazdan əvvəl taxtanı islatmağı unutmayın.
Çünki quru taxta onların suyunu çəkə bilər.
Zirəni
yüngülcə qovurduqdan və üyütdükdən sonra yeməklərdə və salatlarda istifadə edə
bilərsiniz.
Üyüdülmüş
zirəni qəhvə kimi bişirə və içə də bilərsiniz. Zirənin təzə yarpaqlarından
salatlarda da istifadə etmək olar.
Çörəkotunu
çörəyin üzərinə biçməzdən əvvəl səpin.
Çörəkotunu
ədviyyat kimi kekslərdə və peçenyalarada da istifadə edə bilərsiniz.
Şüyüddən
salatlarda, yeməklərdə, souslarda və s. istifadə etmək olar. Şüyüd yeməklərə
dad verməklə yanaşı ətir də verir.
Şüyüdün
özündən istifadə etdiyimiz kimi, toxumundan da istifadə edə edə bilərik
(üyüddükdən sonra).
Təzə
şüyüdü başı aşağı olmaq şərti ilə içi su ilə dolu şüşə qaba qoyaraq, uzun müddət
saxlaya bilərsiniz. Başqa bir üsul isə təzə şüyüdü təmiz dəsmala bükmək və
plastik torbaya qoyaraq soyuducuda saxlamaqdır.


Mənbə:Ailəm jurnalıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!