Oğlanla qızın maraqlı dialoqu

Oğlanla qızın maraqlı dialoqu
Maraqlı məlumatlar
10.09.2017 222
 Oğlan dedi: Mənim çox qızlardan xoşum gəlir, ona görə mən təkcə birini sevə bilmərəm.[/b]

Qız cavab olaraq, sadəcə gülümsündü.[/b]
Oğlan dedi: Mən azad olmağı xoşlayıram və heç kimə heçnə borclu deyiləm.[/b]
Qız gözlərini aşağı dikdi.

Oğlan dedi: Mən elə qadınları xoşlayıram ki, onlar məndən heçnə tələb etməsinlər və mənim azadlığıma hörmət etsinlər.[/b]
Qız sadəcə onu dinləyirdi və heç bir söz demirdi. Vaxt keçir.[/b]
Oğlan dedi: Sən mənim xoşuma gəlirsən.Gəl boş vaxtımızı bir yerdə keçirək.[/b]
Qız onun gözlərinə baxırdı. O, razılıq bildirirdi.[/b]
Oğlan soruşdu: Yəqin sənin çox sevdiyin insan olub?[/b]
Qız onu möhkəm qucaqladı.[/b]
Oğlan soruşdu: Sənə mənimlə yaxşıdır?[/b]
Qız gözlərini yumdu.[/b]
Səhər gedərkən oğlan qıza dedi: Gəl sadəcə olanları unudaq.[/b]
Qız əlini uzadıb oğlanın köynəyindəki tozu əli ilə təmizlədi və sanki onun dedikləri qız üçün əhəmiyyətsiz idi.[/b]
Oğlan dedi: Vaxtım olsa sənə zəng edərəm.[/b]
Qız başı ilə razılıq bildirib, qapını bağladı.[/b]
Həmin gün axşam oğlan zəng etdi.Amma qız evdə deyildi.[/b]
Oğlan yalnız axşam qızın mobil telefonuna zəng edə bildi.Qız icazə verdi ki, yanına gəlsin.[/b]
Oğlan soruşdu: Mənsiz yaxşı vaxt keçirirdin?[/b]
Qız gülümsündü və oğlana kofe təklif etdi.[/b]
Oğlan hər gün qıza zəng edirdi.Amma qız cavab vermirdi.O, sadəcə telefonu qaldırmırdı.[/b]
Oğlan tez-tez qızın evinə gəlirdi. Amma qız sadəcə qapını açmırdı.[/b]
Oğlan anladı ki, ona təkcə o qız lazımdır. Qız cavab verməyəndə oğlan pis olurdu.O, istəyirdi ki, həmişə onunla olsun.[/b]
Qız buna razı deyildi.[/b]
Bir gün oğlan böyük gül dəstəsi ilə qızın yanına gəldi. Qız gülləri alıb, oğlandan xahiş etdi ki, daha ona zəng etməsin.[/b]
Oğlan istəyirdi ki, qıza evlənmək təklifi etsin.[/b]
Qız dedi: Mən azad olmağı xoşlayıram.[/b]
Oğlan siqareti yandırdı. Onun əlləri əsirdi. Ona birdən çox soyuq oldu.[/b]
Qız dedi: Mən heç kimə heçnə borclu deyiləm.[/b]
Oğlana elə gəldi ki, bu dəqiqə onun ürəyi dayanacaq.[/b]
Qız son sözünü dedi: Mən heç nəyi həyatımda dəyişməyəcəyəm...[/b][/b]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!