"Barbie"nın tarixi

Maraqlı məlumatlar
10.09.2017 48
Barbie Holivud səhnəsinin məşhur simalarından biri olduğu kimi evlərimizində uşaqlar tərəfindən müxtəlif adlar ilə çağrılan kuklası simasına çevrilmişdir. O, öz bədən quruluşunun, simasının insana bənzərliyi ilə hər kəsin heyrətinə və maraq dairəsində olmuşdur zamanla. Bu sima yetərincə tanınmış və geniş yayılaraq dəyişikliyi ilə insanların illər uzunu səbirsizliklə bir daha yenilik gözlədikləri kukla simvoluna çevrilmişdir. Bütün yer kürəsi bu kuklanın ezackarlığını görərək ailələrinə, balaca balalarına bunu hədiyyə etmişdilər. Əvvələr yalnız Barbi kuklaları mövcud idisə sonralar inkişaf edən texnologiya nəticəsində Barbi sıralarını genişləndirmiş, bir ailə yaradaraq öz evini belə qurmuşdur, biz bunlara uşaq oyuncaqlarının baş ucunda duran Barbi evində daha mükəmməl görə bilərik.Barbinin adı çəkilərkən Ruth Handleri yada salmamaq mümkün deyil, çünki dünyaya Barbini tanıdan məhz elə o olmuşdur.Barbi Amerikanın Mattel oyuncağ şirkəti tərəfindən Ruthun sifarişi ilə hazırlanmışdır.Amerikalı iş xanımı Ruth Handler qızı Barbaranın kağız kuklalarla oynadığı görüncə övladı üçün yetkin bədənə sahib olacaq kuklanın necə yaradılması haqqında düşünür və bu fikri Mattel oyuncağı şirkətinin əməkdaşı olan həyat yoldaşı Elliot ilə paylaşır.Ailənin Avropaya səyyahəti zamanı Ruth Bild Lilli adlandırılan Alman kuklası ilə qarşılaşır. Bu onun diqqətini çəkir və oyuncaqdan övladına və əlavə alaraq Mattel kompaniyasına təqdim etmək üçün alır. Oyuncaq dizayneri olan Jack Ryan ilə məsləhətləşərək kuklanı yenidən işləyirlər və Ruth onu qızı Barbaranın şərəfinə "Barbie" (Barbi) adlandırır. Oyuncaq öz debutunu 1959-cu ilin mart ayının 9-da qoyur. Bu tarix Barbinin ad günü hesab olnur. Mettel şirkəti 1964-cü ildə Bild Lilli oyuncağının hüquqlarını qazanır və Lillinin istehsalı dayanır. Ilk Barbi qara və ağ zebra zolaqlı şəkildə, sari saç, qara saçlı olur. Və Barbinin libası Mattel dizayneri Charlotte Johnson tərəfindən hazırlanır. İlkin Barbi kuklası Yaponiyada istehsal olunur.Bu tarixdən sonra Barbi bütün dünya bazarlarına yol açır, insanların ailələrinə daxil olur, uşaqların isə məhəbbətinə səbəb olur. Geniş tirajda satılan kuklalar daha sonra simalarında, geyimlərində dəyişikliklə qarşılaşırlar.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!