Canım anam

Canım anam
Maraqlı məlumatlar
10.09.2017 59

Yanında mövsüm bahardır. Gözəl əllərin yenə saçlarımı oxşayır yuxularımda. İstiliyin, məsumluğun, bir dəfə içdən "balam" deyişin məni götürüb aparır ən uca yerlərə. Böyüdüm ana böyüdüm, heç bir şeyim olmadan yaşaya biləcək qədər cəsarətliyəm amma sən olmadan əsla! Çünki sənin sevgin içimi isidir soyuq bir qış günü. Gözlərin düşür gecələrimə. Səhər olsun istəmirəm səni bir daha görmərəm deyə.

Anladım ki sən canım, sən nəfəsim, sən ən çox sevdiyim, sən mənim tək əbədiyyətimsən. Sən yeri gəlir vətənim, yeri gəlir həsrətim, sən məni böyüdən məni isti qollarında yatırdan ürəyim, canımın taa içi, qəlbimsən...
Bədənim yaşadıqca və hər nəfəs aldığımda sən mənim gözəl anam, canım anam olaraq qalacaqsan. Mən bir gün ölsəm də sən bir mələk olaraq qalacaqsan. Amansız həyata inad olsun deyə deyil, hər şeyim olduğun üçün çox amma çox sevirəm səni. Canım anam...!
ALLAH analarımızı və atalarımızı qorusun! Amin :01:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!