Qadın və kişi bərabərdirmi? – ARAŞDIRMA

Qadın və kişi bərabərdirmi? – ARAŞDIRMA
Maraqlı məlumatlar
10.09.2017 7
 
Tarix boyu qadın və kişi arasında sosial, siyasi, intellektual, mədəni, iqtisadi sahədə fərqliliklər olub. Bu yazıda isə qadınlarla kişilər arasında olan bioloji, təbii fərqlərdən bəhs edəcəyik. Yazı qərb alimlərinin araşdırmaları əsasında hazırlanıb.
Dostluq
Kişilər dostlarıyla öz zəif cəhətlərindən, şəxsi və emosional problemlərindən danışmaqdan çəkinirlər. Qadınlar üçün isə bu haqda danışmaqda heç bir problem yoxdur. Bu na görə də, demək olar ki, qadınlar öz rəfiqələrinə emosional cəhətdən daha yaxındırlar, nəinki kişilər.
Qadınlar öz dostluqlarını rəfiqələrini dinləyərək, tənqidi olmayan cavablar verərək, dəstək olaraq nümayiş etdirirlər. Kişilər isə bir-biriylə hər hansısa fəaliyyət zamanı və ya bir-birinə hansısa yaxşılıq edərək yaxınlaşırlar.
Ünsiyyət
Hamı bilir ki, qadınlar və kişilər fərqli ünsiyyət münasibətləti qurur. Qadınlar sifət ifadələrini kişilərdən daha yaxşı manipulyasiya edə bilir. Qadınlar söhbət zamanı daha çox üz-üzə durur və daha çox göz əlaqəsi yaradırlar. Kişilər isə danışan zaman daha çox kənara baxır. Diskussiya zamanı kişilər bir neçə mövzu haqqında danışdığı halda, qadınlar ancaq bir mövzu ətrafında danışırlar.
Ağrıya dözümlülük
Nə vaxtsa sevgilinizin, həyat yoldaşınızın və ya qız dostunuzun ağrıya necə reaksiya verdiyinə diqqət etmisiz? Əslində o kəskin reaksiya vermir. Çünki qadınlarda əsəb resoptorlarının sayı çoxdur, bu da onların kişilərdən daha çox ağrı hiss etməsinə səbəb olur. Xronik ağrıya məruz qalanların da 70%-ni qadınlar təşkil edir. Qadınlar ağrıya qarşı həssas olmalarına baxmayaraq, çox dözümlüdürlər.
Orqazm
Qadınlarla kişilərin orqazma çatmaq vaxtları fərqlidir. intimoloq Alfred Kingzlinin dediyinı görə, 75% kişilər orqazma cinsi əlaqədən 4 dəqiqə sonra çatır, qadınlarda isə bu vaxt 10-20 dəqiqə arasında dəyişir.
Qoxu
Qadınların qoxu bilmə qabiliyyəti kişilərinkindən daha güclüdür. Bunun isə estrppgen hormonları ilə əlaqəsi ola bilər. Qadınların burnunun strukturu kişilərdəki kimidir və hər ikisində reseptorların sayı eynidir, ancaq araşdırmalar göstərir ki, qadınların beynində qoxu daha geniş ərazini aktivləşdirir.
Görmə qabiliyyəti
Görmə qabiliyyətinə gəldikdə qadınlar və kişilər arasında böyük fərqliliklər görə bilərik. Kişilərin gecələr daha yaxşı görmə qabiliyyəti olsa da, qadınlar rəngləri hiss etməkdə daha həssasdırlar.
Yaşlanma
Qadınlarla kişilərin yaşlanmasında da fərq var. Adətən qadınlarda beyinə qan axını daha sürətlidir, buna görə də qadınlar yaşlandıqca daha az beyin hüceyrələri itirirlər.
Kişilərin dəriləri isə qadınlarınkından daha gec qırışır. Çünki kişilərdə kollagen səviyyəsi qadınlardakı kimi tez sıradan çıxmır.
Səhhət
Bir çox ölkələrdə qadınlar kişilərdən daha çox yaşayır. Qadınlar və kişilər ruhi xəstəliklərə qarşı həssas olsalar da, qadınlarda inkişafla bağlı çətinliklərə və xroniki xəstəliklərə daha az rast gəlinir.
İntellekt
Kişi beyni qadın beynindən daha böyükdür, kişi beyni qadın beynindən 4% daha çox hüceyrəyə malikdir və onların beynindən 100 qram daha ağırdır. Qadın beyni isə daha yığcamdır və neyronlar sıx şəkildə yerləşir. Qadınlarda dil və sosial qarşılıqlı əlaqədə olmağı tənzimləyən hissə daha genişdir və hər iki beyin yarımkürəsində yerləşir (kişilərdə isə ancaq sol yarımkürədə yerləşir).
Dil mərkəzləri balaca olduğundan və yalnız bir yarımkürədə yerləşdiyindən kişilər disleksiya kimi dil pozğunluqlarından daha çox əziyyət çəkir. Kəkələmək və nitq qüsurları demək olar ki, kişilərdə baş verir. Bunlara baxmayaraq, kişilərin IQ-sü orta hesabla qadınlardan 3-4 ədəd çoxdur.
Naviqasiya və Məlumatlılıq
Kişilər və qadınların bir məkanı yadda saxlamaq vasitələri fərqlidir. Kişilər daha çox abstraktdırlar, onlar kilometr/mil və kardinal istiqamətlərdən istifadə etdikləri halda qadınlar istiqaməti yadda saxlamaq üçün yol işarələrinə üstünlük verirlər.
Kişilərin beyni eyni vaxtda yalnız bir işə cəmlənmək üçün proqramlaşdırılıb,
qadınların beyni da isə eyni vaxtda bir neçə vəzifəni yerinə yetirməyə imkan verir.
 скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!