İmkan verin ruhunuz təmizlənsin

İmkan verin ruhunuz təmizlənsin
Maraqlı məlumatlar
10.09.2017 35
Kədər itirilən şansların, arzuların nəticəsində yaranan hissdir. Həyat pianonun ağ və qara dilləri kimidir və təəssüf ki, qara dillər daha çox fəaldır. Hər birimiz bilərək - bilməyərək bu həyatın sirrli, məxfi qəminə sahibik. Bəzən üsyan edər, bəzən özümüzü bu həyatın axışına buraxarıq. Bəzən yorulana qədər ağlar, bəzən kədərimizi boğub dünyaya meydan oxuyarıq, amma nəticəsində aciz bir quluq olanlar qarşısında.


 Mən qəmgin mahnıları sevirəm, çünki onlar mənim ən yaxşı dostum kimi hərəkət edirlər. Danışmaq üçün bir həmdəm tapmadıqda o qəmgin notlar məni dinlər, mən onu dinlər və özümü notların ağuşuna ataram. Bu notlar mənə yalnız acı - şirin xatirələri vermir, həmçinin itirdiklərimi mənə xatırladır.

Ağrı və əzab hər zaman qapını döymədən dəvətsiz qonaq kimi gələr. Buna görə də həmişə pis və xoş günlər üçün hazır olmalıyıq.
İmkan verin göz yaşlarınız axsın. Yanaqlarınızdan süzülüb qan ağlayan qəlbinizi , ruhunuzu təmizləsin. Ən əsası acısı da şirin olan həyatı , insanları sevin.

Müəllif: Aytən Mələkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!