Dunyani Soka salan mocuze qadin

Dunyani Soka salan mocuze qadin
Maraqlı məlumatlar
10.09.2017 154
 
Meksikada "möcüzə qadın" adlandırılan Karla Floresin başına gələnləri dinləyənlər, eşitdiklərinin həqiqət olduğuna inanmırlar
Üç uşaq anası Karla, narkotik kartellerinin ən çox olduğu Sinaloa əyalətində heç kimin ağlına gəlməyən hadisənin qəhrəmanı olub.
Culiacan şəhərində küçədə yemək sataraq ailəsini dolandıran 32 yaşlı Karla, partlayış səsi eşitdikdən bir neçə saniyə sonra yerə sərilib. Sifətində bir cismin olduğunu hiss edən qadın, əlini ağzına apardığında qan axdığını görüb. Nəfəs almaqda çətinlik çəkən talehsiz qadın, olduğu yerdə huşunu itirib. Köməyinə qaçanlar gördüklərinə inanmayıblar. Qadının ağzına bomba batmışdı.
Karla dərhal xəstəxanaya aparılıb. Həkimlər onun ağzına batan cismin nə olduğunu araşdırıblar. X-rels və tomoqrafiya çəkildikdən sonra, talehsiz qadının ağzında hər an partlamağa hazır olan bombanın olduğu məlum olub.
Karla, yerə yıxılmamışdan əvvəl eşitdiyi səsin bomba atandan gəldiyini anlayıb. Həkimlər, xəstə ilə 10 metr məsafədəki hamını öldürə bilən bombaya görə xəstəxananı boşaldıb. Həkimlərin çoxu qadını əməliyyat etmək istəməyib. Sonda, Dr. Qaksiola Meza, əməliyyatı etməyi qəbul edib və özünə köməkçi olacaq könüllülər istəyib.
Meksika ordusu, kömək etmələri üçün partlayıcı mütəxəssisləri göndərdikdən sonra, həkimlər bütün əməliyyat vəsaitlərini götürərək qadını boş əraziyə aparıblar. Həkimlər qadının sifətinə batan bombanı çıxarıblar. Gecə yarısı əməliyyat sona çatıb. Karla, dişlərinin yarısını itirib və sağ yanağında nəhəng bir əməliyyat izi qalıb.
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!