29 yaşında nənə oldu

29 yaşında nənə oldu
Maraqlı məlumatlar
10.09.2017 67
İtaliyada hamını təəccübləndirən olay yaşanıb. Neapolda 29 yaşlı bir qadın artıq nənə olub. "Pravda.ru"nun məlumatına görə, o, rəsmən dünyanın ən gənc nənəsi adını ala bilər. Belə ki, bu günlərdə 29 yaşlı qadının 14 yaşlı qızı uşaq dünyaya gətirib. Yuliya Elia adlı bu qadının özü isə 15 yaşında ana olub. Artıq Yuliyanın dünyanın ən gənc nənəsi olması faktı "Ginnesin rekordlar kitabı"nın ekspertləri tərəfindən də qeydə alınıb və o, "dünyanın ən gənc nənəsi" statusunu ələ keçirib. Bir müddət əvvəl isə Elia jurnalistlərə açıqlamasında qızının hamilə qaldığından təəccübləndiyini bildirmişdi: "Lakin mənim də valideynlərim vaxtilə hamilə olduğumu biləndə şoka düşmüşdülər". Qeyd edək ki, Elia qızını 14 yaşında ərə verib. İtaliyanın bəzi əyalətlərində isə hələ də qızların erkən ərə verilməsi dəbdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!